Bu gün, aprelin 20-də Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlərinin əsas mərhələsi - döyüş atışları icra olunub.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda yazılır ki, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, xüsusi növ qoşunlar, silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Buna da bax: Azərbaycan ordusu geniş miqyaslı təlimlərə başlayıb
Müxtəlif poliqonlarda müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində döyüş atışları icra olunub.
Xatırlatma
Aprelin 16-dan Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinə start verilib.
Təlimlərin məqsədi qoşunların tapşırıqlara hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasıdır.
Buna da bax: Prezidentin dediyi hansı silahlardır?
Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-ə kimi müxtəlif çaplı raket, artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatanlar, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası cəlb edilib.
Təlimlər sabah, aprelin 21-də başa çatacaq.