'Azəri-Çıraq-Günəşli'də neft gəliri azalıb

Arxiv fotosu.

Dövlət Neft Fondu (DNF) «Azəri-Çıraq-Günəşli» (AÇQ) yataqlar blokundan bu ilin aprelin 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

Fonddan verilən məlumata görə, bu ilin 3 ayında AÇG yataqları üzrə Fond 1 milyard 620 milyon dollar gəlir əldə edib.

Bu ilin ilk 2 ayında blokdan Fond 993 milyon ABŞ dolları gəlir əldə etmişdi.

Buna da bax:​ 'Ölkədə qeyri-rəsmi milyarderə çevrilən məmurlar var'

Ötən ilin yanvar-may aylarında Azəri-Çıraq-Günəşli (AÇG) blokundan mənfəət neftinin satışı isə Dövlət Neft Fonduna (DNF-yə) 1 milyard 801 milyon dollar vəsait daxil olmuşdu.

2001-ci ildən etibarən cari ilin mart ayının 1-dək AÇG yataqlar blokundan ümumilikdə 123 milyard 102 milyon dollar həcmində gəlir əldə olunub.

“Azəri-Çıraq-Günəşli” blokunda hasilat üzrə saziş 1994-cü ilin sentyabrında bağlanıb.

Buna da bax: 'Azəri-Çıraq-Günəşli'nin gəliri artıb

Layihə iştirakçıları BP (35.78 faiz), «Chevron» (11.27 faiz ), «ExxonMobil» (8 faiz), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz), «Inpex Corp.» (10.96 faiz), «ITOCHU Oil» (4.3 faiz), «Statoil» (8.56 faiz) və TPAO (6.75 faiz) şirkətləridir.