Mərkəzi Bank (MB) manatın martın 30-na olan rəsmi məzənnəsini açıqlayıb. Milli valyuta dollara nisbətdə cüzi ucuzlaşıb.
Rəsmi məzənnəyə görə, sabah, martın 30-da bir dollar 1,7238 manata bərabər olacaq.
Buna da bax: Hərracda dollar cüzi bahalaşdı
Dünən, martın 28-də Mərkəzi Bankın keçirdiyi valyuta hərracında da manat cüzi ucuzlaşmışdı.
Həmin hərracda bir dollar 1,7201 manatdan 1,7220 manata qədər bahalaşmışdı.
Buna da bax: İqtisadçı: 'Manat sabit qalır, ərzaq bahalaşır'
Mərkəzi Bankın bu günə, martın 29-na müəyyən etdiyi məzənnəyə görə də, bir dollar 1.7220 manata bərabər olmuşdu.
Bundan əvvəlki bir neçə hərraclarda isə, əksinə manat dollara nisbətən bahalaşmışdı.