4 DTX əməkdaşına general rütbəsi verildi

Sabiq MTN-nin baş qərargahı.

Dövlət Təhlükəsizliyi Xidmətinin 4 əməkdaşına general-mayor rütbəsi verilib.

Prezident İlham Əliyev martın 27-də bununla bağlı sərəncam imzalayıb.

Buna da bax:​ DTX ölümlə nəticələnən əməliyyat keçirib

Sərəncama əsasən polkovniklər Rauf Xələfova, İlqar Musayevə, Sahib Nağıyevə Asif Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.

2015-ci il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv olunub.

Onun bazasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

Buna da bax:​ 'MTN işi'ndə MSK-nın sədr müavininin də adı hallanır

Hazırda ləğv edilən MTN-in bir çox yüksək rütbəli əməkdaşının məhkəməsi gedir. Onlar rüşvət, vəzifə səlahiyyətlərini aşma, hədə-qorxu ilə pul tələb etmə və bir sıra başqa ağır cinayətlərdə ittiham edilirlər.