Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 03:56

Dövlət Təhlükəsizlik Xidməti (DTX) martın 10-da xüsusi əməliyyat keçirib.

Bu barədə xidmətin yaydığı məlumatda qeyd edilir.

DTX bildir ki, onlara qabaqcadan əlbir olan şəxslərin xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddələr gətirməsi barədə məlumat daxil olub.

Buna da bax:​ Hava limanında qızıl külçələr tutulub

“Bu cinayət əməllərində şübhəli olan Azər Məmməd oğlu HüseynovƏli Sabir oğlu İslamovun saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstəriblər. Qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv ediliblər” - deyə məlumatda qeyd edilir.

DSX bildirir ki, Azər Hüseynov və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd “AKSU-74” tipli avtomat, 2 ədəd “Makarov” tipli, 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400, 75 qramlıq partlayıcı maddələr, xeyli sayda müxtəlif çaplı patronlar götürülüb

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Buna da bax: MTN-çi polkovnik Quantanamoya gedən yeganə azərbaycanlı imiş?

DSX-nın bu açıqlmasına öldürülən bu iki şəxsin vəkilləri və ya qohumlarının münasibəti, hələlik, bəlli deyil.

Məlumatda sözü gədən şəxslərin yaşayış və iş yerləri haqqında da məlumat verilmir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG