Avropa parlamentinin vətəndaş azadlıqları, ədliyyə və daxili işlər üzrə komitəsi Ukraynaya vətəndaşlarına qarşı viza rejiminin ləğvinə səs verdi.
Bu barədə martın 9-da kyivpost.com saytı və TASS agentliyi məlumat yayıblar.
Məlumata görə, komitənin 39 üzvü viza rejiminin ləğvinə səs verib, 4 nəfər bunun əleyhinə çıxıb, 1 deputatsa bitərəf qalıb.
Bu il aprelin 5-də Avropa Parlamentinin iclasında növbəti mərhələyə baxılacaq.
Avropa komissiyası 2015-ci il dekabrın 18-də Avropa Şurasına Gürcüstan və Ukraynaya qarşı viza rejiminin sadələşdirilməsinə baxmağı məsləhət görmüşdü.
Qeyd edək ki, bu Avropa Birliyinin “Şərtq tərəfdaşlığı və Yaxın qonşuluq “ proqramı çərçivəsində həyata keçirilir.
Buna da bax. Bu proqrama daxil olan Gurcüstan vətəndaşları artıq bu il martın sonundan Avropa Birliyi ölkələrinə vizasız gedə biləcəklər.