Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:48

Gürcülərin Avropaya vizasız gedişi üçün sonuncu maneə də qaldırıldı


Foto arxiv
Foto arxiv

Gurcüstan vətəndaşları artıq bu il martın sonundan Avropa Birliyi ölkələrinə vizasız gedə biləcəklər.

AzadlıqRadiosunun məlumatına görə, bu barədə Avropa Birliyinin miqrasiya, daxili işlər və vətəndaşlıqməsələləri üzrə nümayəndəsi Dimitris Avramopulos məlumat verir.

O, Tbilisiyə ikigünlük səfəri çərçivəsində baş nazir Georgi Kvirikashvili ilə görüşüb.

Avramopulos bildirib ki, Gürcüstan islahatlar sahəsində böyük nəaliyyətlər əldə edib və Avropa Birliyi bunu çox yüksək qiymətləndirir.

Giorgi Kvirikashvili
Giorgi Kvirikashvili

Görüş zamanı ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi və birliyin Gürcüstana yardım göstərməkdə davam etməsi müzakirə olunub.

Avropa Birliyi 2016-cıilin dekabrında Gürcüstana qarşı viza müxanizmini ilkin olaraq təsdiqləmişdi.

Bu il fevralın 2-də isə Avropa Parlamenti Gürcüstan vətəndaşlarına qarşı viza rejiminin liberallaşdırılmasına səs verdi.

Beləliklə Gürcüstan Avropa Birliyi ölkələrinin daxil olduğu Şengen zonasına girdi və bu ölkənin vətəndaşları indən belə Avropaya vizasız gedə biləcəklər.

Qeyd edək ki, bu, Avropa Birliyinin “Şərtq tərəfdaşlığı və yaxın qonşuluq “ proqramı çərçivəsində həyata keçirilir.

Ukrayna da hazırda Şengen zonasına daxil olmağa çox yaxındır.

Bu proqrama ilkin olaraq Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxil idi.

Amma Ermənistan son anda Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə daxil oldu.

Azərbaycan da Avropa Birliyi ilə əməkdaşlığn başqa formada olmasını istəyir.

Avropa Birliyi ötən ilin sonlarında Azərbaycanla hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılmasına mandat verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG