Yeni növ pilotsuz uçuş aparatları istehsal ediləcək

Pilotsuz uçuş aparatı.

Azərbaycan “Zərbə” pilotsuz uçuş aparatının sınaqlarını uğurla başa çatdırıb. Artıq aparatların istehsalına başlanılıb. 2017-ci ildə daha 2 növ pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır.

Buna da bax:​ Döyüşlərin qızışacağı haqda proqnozlar özünü doğruldur? [video]

Bu barədə Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyət hesabatında bildirilir.

APA-nın xəbərinə görə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1100-ə çatıb.