Binəqədidə evləri su basıb

Subasma (arxiv fotosu).

Bakının Binəqədi qəsəbəsində qrunt sularının səviyyəsinin qalxması səbəbindən evləri su basdığı bildirilir.

Bu haqda APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib.

Buna da bax:​ Alar kəndində evləri su basıb

Onun deməsinə görə, subasma “White Palace” şadlıq sarayının arxasındakı sahədə baş verib.

“Həmin ərazidə qrunt sularının səviyyəsi qalxıb. Nəticədə həyət evləri, evlərin həyətyanı sahələri su ilə dolub. Bəzi yerlərdə isə xırda gölməçələr əmələ gəlib”, R.Həsənov deyib.

“Subasma hadisəsi son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən baş verib. Bu qrunt sularının səviyyəsinin qalxması ilə bərabər, həm də atmosfer yağıntılarının toplanmasıdır” – deyə R. Həsənov qeyd edib.

Buna da bax:​ Zabrat gölü daşdı, evləri su basdı...

Son illər Bakının Binəqədi rayonunda yağıntılardan sonra evləri və həyətlər tez-tez su basir. Bu, rayonda normadan artıq məskunlaşma və kanalizasiya sisteminin lazımı səviyyədə işləməməsi ilə də izah edilir.