'Siyasi partiyalar haqda qanun'a dəyişiklik edilir

Milli Məclis.

Ölkə parlamentinin siyasi repressiya qurbanları və siyasi partiyalar haqqında qanunlara dəyişiklik etməyə hazırlaşdığı bildirilir.

Bu haqda Milli Məclisdən bildiriblər.

APA-nın xəbərinə görə, "Siyasi partiyalar haqqında qanun"a dəyişikliklər təklif edilir.

Bundan başqa “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna da dəyişiklik layihəsi hazırlandığı qeyd edilir.

Buna da bax:​ Hüquq müdafiəçisi: 'Son günlər 40-dan çox şəxs saxlanıb'

Hər iki qanunlara təklif olunan dəyişikliklər Milli Məclisin insan hüquqları komitəsinin martın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Dəyişiklik təkliflərinin detalları açıqlanmır.

“Siyasi partiyalar haqqında qanun" 1992-ci il iyunun 3-də qəbul olunub.

Qanuna son dəyişiklik 2015-ci ilin mart ayında edilib.

Buna da bax: Azərbaycan tarixçiləri Bağırov cinayətlərinə necə haqq qazandırır...

“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanun isə 1996-cı ildə qəbul edilib.