Jurnalist buraxılmadı

Elçin İsmayıllı, 01Fev2013

Bu gün, fevralın 22-si jurnalist Elçin İsmayıllının həbsindən verilən apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

O qeyd edib ki, şikayət fevralın 18-i jurnalist barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə baxılıb. Apellyasiya şikayəti təmin edilməyib və Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıb.

Buna da bax:​ Jurnalistin həbsdən azad edilməsi istənilir

“Elçin İsmayıllı bildirdi ki, onun həbsi İsmayıllı rayon icra hakimiyyətinin başçısı barədə tənqidi yazılarına görədir ” - deyə vəkil qeyd edib.

XATIRLATMA

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçib.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Buna da bax:​ Məhkəmə Elçin İsmayıla xəbərdarlıq edib

Vəkil deyib ki, istintaq materiallarında jurnalist, İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və pul Elçin İsmayıllıya verilən vaxt o həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçini İsmayıllını həbs ediblər".