Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:03

Jurnalistin həbsdən azad edilməsi istənilir


Jurnalist Elçin İsmayıllı.

Məhkəməyə qədər həbsdə olan jurnalist Elçin İsmayıllı fevralın 21-i apellyasiya şikayəti verib.

Bu haqda jurnalistin həbsinin əsassız olduğunu deyən vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, E.İsmayıllının məhkəməyə qədər həbs edilməsindən ötrü hüquqi əsaslar mövcud olmayıb.

“O, jurnalistdir, yaşadığı yer bəllidir, qaçmaq, istintaqdan yayınma ehtimalı yoxdur”, vəkil deyib.

Buna da bax:​ Jurnalist Elçin İsmayıllı həbs olunub

Apellyasiya şikayətində Elçin İsmayıllı haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi, jurnalistin dərhal həbsdən azad edilməsi tələb olunur.

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanılıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçib.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Buna da bax: Məhkəmə Elçin İsmayıla xəbərdarlıq edib

Vəkil deyib ki, istintaq materiallarında jurnalist, İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və pul Elçin İsmayıllıya verilən vaxt o həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçini İsmayıllını həbs ediblər".

Buna da bax:​

Jurnalist çəkiliş zamanı təzyiqə məruz qalıb...
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG