Ramil Usubov Almaniyadadır

Ramil Usubov

Daxili işlər naziri Ramil Usubov Almaniyadadır.

Nazir Berlin şəhərində keçirilən 20-ci Avropa Polis Konqresində iştirak edir.

Bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nazirlik səfərin fevralın 20-dən başladığını bildirib.

Mətbuat xidməti qeyd edir ki, R.Usubov fevralın 21-də tədbirin açılışına da qatılıb.

Buna da bax:​ Azərbaycanın öz 'Maqnitski siyahısı' olacaq? [video]

Polis konqresinin “Sərhədsiz Avropa?, azadlıq, mobillik və təhlükəsizlik” mövzusunda keçirildiyi bildirilir.

Konfrans çərçivəsində keçirilən panellədə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyətindən ötrü rəqəmsal platformalar və ictimai yerlərin müşahidəsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.

Buna da bax: Ramil Usubov: 'İnsan haqlarını pozan 1579 polis cəzalandırılıb'

Hər il keçirilən forumda dünyanın bir çox dövlətlərinin daxili işlər nazirləri, Avropa Birliyinin məsul nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri iştirak edirlər.

Konqres bu gün, fevralın 22-si başa çatır.