Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:45

Azərbaycanın öz 'Maqnitski siyahısı' olacaq? [video]


Manat üzən məzənnəyə keçdi - Xəbəriniz olsun
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Manat üzən məzənnəyə keçdi - xəbəriniz olsun [video]

Kompensasiya ödənmədən vətəndaşın zorla evindən çıxarılması, heykələ şüar yazmaq üstündə 10 il həbs, polis işgəncələri...

Bütün bunlar Azərbaycanda təməl insan haqlarının pozulmasına dair beynəlxalq qurumların tənqidlərində göstərilən nümunələrdir.

10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində ABŞ Konqresi "Qlobal Maqnitski" qanunu qəbul edib. Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza qadağası qoymaq və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir.

Buna da bax:​ ABŞ “xarici despot və korrupsiyaçılara qənim qanunu” qəbul etdi

Bu qanunun Azərbaycana da tətbiqi mümkündür

Freedom House təşkilatının prezident əvəzi Daniel Calingaert AzadlıqRadiosu-na deyir ki, insan haqları pozulmaqda davam edəcəksə, bu qanunun Azərbaycana da tətbiqi mümkündür:

“Konqresin müəyyən üzvləri, vətəndaş cəmiyyəti üzvləri sanksiyalar üçün fərdlərin adlarının sanksiyalar siyahısına əlavə edilməsini təklif edə bilərlər. Mən başa düşürəm ki, prezident administrasiyasında bir sıra rəsmilər kimlərinsə adlarının sanksiya siyahısına düşməməsini istəyə bilərlər. Yeni qanunun əhəmiyyəti də burasındadır ki, o sanksiya üçün adların Konqres üzvləri tərəfindən verilməsini də nəzərdə tutur. Amerikanın insan haqları qrupları da sanksiyaların tətbiq olunması üçün Azərbaycan rəsmilərinin adlarını təqdim edə bilər. Yəni burada böyük bir təzyiq olacaq”.

Buna da bax:​ David Kramer: Azərbaycan sanksiyalara layiqli namizəddir [Video]

Bəzi rəsmilərə qarşı sanksiyalara əsas yaranır

Daniel Calingaert deyir ki, ABŞ və Azərbaycan arasında enerji və təhlükəsizlik maraqları olmasına baxmayaraq, bəzi rəsmilərə qarşı sanksiyalar üçün hüquqi əsas yaranır.

Ötən il Azərbaycanda insan haqlarının pozulması ilə bağlı “Azərbaycanda Demokratiya haqqında qanun” layihəsini Konqresə təqdim edilib. Bu layihədə Azərbaycan rəsmilərinə və onlarla biznes əlaqələrində olanlara ABŞ-a viza verilməsindən imtina, həmçinin bir sıra maliyyə cəzalarının tətbiqi nəzərdə tutulur. Amma dekabrın 8-də qəbul edilən qanunda konkret ölkələrin adları çəkilməsə də sənədin məzmunu təxminən eynidir.

Buna da bax:​ Beynəlxalq təşkilatlardan sərt çağırış

Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur

2013-ci ildə həbs olunan və bu il azadlığa çıxan hüquq müdafiəçisi Anar Məmmədli hesab edir ki, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı daha fəal olmalıdır. O, bu baxımdan Maqnitski aktını, özəlliklə vurğulayır:

"İnsan hüquq və azadlıqlarının pozulmasına görə həm ATƏT-in, həm BMT, həm də Avropa Şurasının üzvü kimi uzun illərdir bir sıra beynəlxalq təşkilatların qınaqlarına və tənqidləri ilə üzləşir. İstər siyasi, istər də sosial, iqtisadi, istər də ədalətli mühakimə hüququnun təmin olunması ilə bağlı ciddi problemlərinin olduğu heç kimə sirr deyil. Azərbaycan məhz insan haqlarının ciddi şəkildə pozulduğu ölkədir. Ona görə də Maqnitski aktı Azərbaycana da tətbiq oluna bilər. Sanksiyalar ilk olaraq, ədalətli mühakimə hüququnu pozan hakimlərə, prokurorlara və digər istintaq tədbirlərini aparanlara qarşı yönələ bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu sənəd siyasi xarakter daşıyır. Bu sənədin Azərbaycana necə tətbiq olunacağı həm də Azərbaycan ABŞ münasibətlərindən asılıdır".

Buna da bax:​ “Azərbaycana qarşı 1500-dək şikayət var”

Hələlik ABŞ-da qəbul edilən bu sənədə Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur. Amma hakim partiyanın təmsilçiləri adətən insan haqları pozuntuları və avtoritar idarəetmə barədə iddiaları rədd edir, hətta, Azərbaycana qarşı belə tənqidləri erməni lobbisinin təsiri ilə izah edirlər. Bakı sakinlərindən soruşmuşuq ki, onlar necə düşünürlər. Onların hansısa hüquqları pozulurmu?

Hələlik ABŞ-da qəbul edilən bu sənədə Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur. Amma hakim partiyanın təmsilçiləri adətən insan haqları pozuntuları və avtoritar idarəetmə barədə iddiaları rədd edir, hətta, Azərbaycana qarşı belə tənqidləri erməni lobbisinin təsiri ilə izah edirlər.

Buna da bax: Azərbaycan ABŞ insan haqları hesabatında tənqid edilir

Bakı sakinlərindən bu barədə nə düşündüklərini soruşmuşuq. Sual belə olub: Sizin hansısa hüquqlarınız pozulurmu?

'Hansı hüququnuz pozulmur soruşsaz daha doğru olar'
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

İnsan haqları fəalları Azərbaycanda onlarla siyasi məhbus olduğunu deyirlər. Onların arasında siyasi partiya fəallarından başqa, jurnalistlər, bloqqerlər, hüquq müdafiəçiləri də var.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG