Artilleriya zərbələrindən Azərbaycan əsgəri həlak olub

Dağlıq Qarabağ ərazisində erməni artileriyası.

Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələrinin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutduqları bildirilir.

Bu barədə Müdafiə Nazirliyi fevralın 22-si günortadan sonra məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xanoğlan İntizam oğlu Xəlilov həlak olub.

Buna da bax:​ Azərbaycan əsgəri qar uçqununda həlak olub

Müdafiə Nazirliyinin rəhbərliyi mərhum əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax: Milli Qəhrəman ulduzu Çingiz Qurbanovun ailəsinə verilib

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır. Son günlərdə isə cəbhədə ağır silahların işə düşdüyü bildirilir.