Diplomatlar Şəki və Qaxa səfər edib

Xarici İşlər Nazirliyi

Bu gün, fevralın 20-də Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərlərinin, xanımlarının Şəki və Qax rayonlarına səfəri başlayıb.

Səfəri Prezident AdministrasiyasıXarici İşlər Nazirliyi (XİN) təşkil edib.

Bu haqda XİN-in mətbuat xidməti xəbər verir.

Buna da bax:​ 'Prezidentinin Brüssel səfəri, mühüm əhəmiyyəti olan səfəri idi'

Xəbərdə bildirilir ki, səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcəklər.

Yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları barədə onlara bilgi veriləcək.

Səfər fevralın 21-dək davam edəcək.