Türkiyədə Haluk Bilginer'in oynadığı filmə senzura qoyulub

Haluk Bilginerin oynadığı "Son Şnitzel" filmindən bir səhnə.

Fevralın 16-sı İstanbulda başlayan "!f İstanbul" müstəqil filmlər festivalının proqramına daxil edilmiş "Son Şnitzel" filmi əsər yayınlama icazə sənədi olmadığı üçün festivalda göstərilməsinə icazə verilməyib. Bu haqda Türkiyədə çıxan "Cumhuriyet" qəzeti məlumat yayıb. Türk rejissorları İsmet KurtuluşKaan Arıcı'nın çəkdiyi 22 dəqiqəlik xəyal məhsulu olan filmin fevralın 16-da ekranlara çıxacağı gözlənilirdi. Ancaq filmin rejissorları yaydıqları bəyanatda "İstanbul müəllif hüquqları və film idarəsi"nə əsər yayınmlama icazəsi sənədi ilə bağlı müraciət etdiklərini, idarənin filmdən bəzi hissələri çıxartmaq şərti ilə lazımi icazəni verə biləcəyi cavabını aldıqlarını bildiriblər. Filmin yaradıcıları bu şərti senzura adlandırıblar.

Buna da bax: Tvitteri Türkiyə dissidentlərini “bloklamaqda” ittiham edirlər

Məşhur türk aktyoru Haluk Bilginer'in baş rolunda oynadığı "Son Şnitzel" filmində hadisələr uzaq gələcəkdə xəyali bir ölkədə baş verir. Birləşmiş Millətlər Təşkilatı "Dünyanı tərk edib Marsdakı kaloniyalara köçün" çağırışı verdikdən sonra son arzusu şnitzel yemək olan bir prezident bununla bağlı müşavirinə tapşırıq verir, ancaq dünyada sonuncu toyuğun 200 il öncə öldüyü məlum olur və müşavir bundan sonra müxtəlif çətinliklərlə üzləşir.

Xatırladaq ki, bundan əvvəl Türkiyədə "Dersim 38" və "Berivan" filmlərinə qarşı bənzər tələblər qoyularaq göstərilməsinə qadağa qoyulmuşdu. 2015-ci ildə isə İstanbul Film Festivalındakı "Bakur" filminə əsər yayımlama icazəsi verilmədiyi üçün senzura qalmaqalı yaranmış, festivalın münsifləri və festivala qatılan bəzi filmlər festivalda iştirakdan imtina etmişdilər.