Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:28

Tvitteri Türkiyə dissidentlərini “bloklamaqda” ittiham edirlər


Tvitter bütün dünyada özünü azad sözün müdafiəçisi kimi təqdim etsə də, Türkiyədə baş vermiş uğursuz çevriliş cəhdinin ardınca bu sosial şəbəkəni hökumətin göstərişi ilə “senzura tətbiq etməkdə” günahlandırıblar.

Tvitter hələlik bu ittihamlara cavab verməyib. Lakin əvvəllər bildirilib ki, şəbəkənin Türkiyədəki siyasəti “qadağanla üzləşməmək məqsədilə senzuradir”.

Dailydot saytı yazır ki, Tvitter bu siyasətinə görə Türkiyədə dilemma ilə üzləşir. Əgər şəbəkə Türkiyə hökumətinin dissidentləri susdurmaq üçün getdikcə artmaqda olan senzura tələblərinə əməl etməsə, onda hökumət ona bütün ölkədə qadağan qoya bilər ki, bu da hamını susdurar.

Lakin Türkiyədə azad sözə qarşı dözülməz şəkil almış repressiyalar Tvitter-in “kompromisli fəaliyyətini” absurd edir.

Erdoğan ailəsinə aid tvitlər

Tvitter Türkiyədə qadağanlarla əvvəllər də üzləşib. 2014-cü ilin 20 martında, bələdiyyə seçkilərinə 10 gün qalmış Recep Tayyip Erdoğan Tvitteri bütün ölkədə qadağan etmişdi.

Son iki ildə Türkiyə Tvitter senzurasına görə “dünya çempionu” olub. Erdoğan hökumətinin göstərişi ilə iki ildə 618 hesab bağlanıb, 5826 tvit bloklanıb

O zaman Tvitterdə Türkiyədə qalmaqala səbəb olmuş korrupsiya iddiaları ilə bağlı məlumatlar dövr edirdi. Bu korrupsiya iddialarının bir qismi də şəxsən Erdoğanın ailə üzvlərinə aid idi.

Qadağanın 6-cı günündə Tvitter öz fəaliyyətinin ilk “kapitulyasiyasına” razı olmuşdu.

Şəbəkə Türkiyəyə münasibətdə “bir ölkədə tvitləmənin bloklanması” adlanan siyasət tətbiq etməyə başlamışdı. Tvitterin blokladığı ilk heşteq @oyyokhirsiza (oğruya səs verməyin) olmuşdu.

Dailydot yazır ki, Erdoğanın partiyası bu seçkidə qalib gəlsə də, Tvitterin “spesifik siyasəti” dəyişməz qalıb.

Bundan ilhamlanan Türkiyə hökuməti tvitlərin kütləvi senzurasına başlayıb. Məsələn korrupsiya iddiaları ilə bağlı sənədləri paylaşdığına görə bir jurnalistin hesabı üç dəfə bloklanmışdı.

Tvitter Türkiyənin Suriyada islamçılara silah verməsini açıqlayan bir qəzetin 6 tvitini “gizlətmişdi”.

Tvit bloklamaq “çempionu”

O vaxtdan bəri, son iki ildə Türkiyə Tvitter senzurasına görə “dünya çempionu” olub. Erdoğan hökumətinin göstərişi ilə iki ildə 618 hesab bağlanıb, 5826 tvit bloklanıb.

Erdoğanın oz hesabı
Erdoğanın oz hesabı

Bu arada aparıcı internet azadlığı qruplarından The Electronic Frontier Foundation Tvitter-i fərqli səslərin susdurulmasında Türkiyə hökumətinə əlaltılıqda ittiham edib.

Lakin bu da xəbər verilir ki, Tvitter hesabların bağlanmasına dair Türkiyə məhkəmələrinin qərarlarına ciddi müqavimət göstərir və bir sıra hallarda qərarlar ya qismən icra olunur, ya da icrasız qalır.

Dailydot yazır ki, Tvitter hesabları bağlananların böyük bir qismini kürdyönlü fəallar və Gülen hərəkatına bağlı olmaqda şübhəli bilinənlər təşkil edirlər.

Tvitter öz qaydalarına görə, hökumətin senzura tələbi ilə bağlı olan istifadəçilərə elektron məktubla bildiriş göndərməlidir.

Lakin Türkiyədə hesablarına bu və ya digər şəkildə qadağan qoyulmuş jurnalistlərin demək olar hamısı belə e-mail almadıqlarını bildirirlər.

Dailydot yazır ki, Tvitter bu iddilarala bağlı şərh verməkdən imtina edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG