ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Joseph Dunford-un sabah, fevralın 16-da Azərbaycanda olacağı bildirilir.
“Turan” Agentliyi xəbər verir ki, general Joseph Dunford Bakıda rusiyalı həmkarı, RF baş qərargah rəisi Valery Gerasimov-la görüşəcək.
Buna da bax: Avropa liderləri Trump-a sərt cavab verdilər
Xəbərdə qeyd edilir ki, bu haqda ABŞ-ın Baş Qərargah Rəisinin Ofisi bildirir.
Xəbərdə onların iki ölkə arasındakı hərbi münasibətlərin hazırkı durumunu müzakirə edəcəyi qeyd edilir.
“Hərbi liderlər, ABŞ-Rusiya arasında mümkün problemləri önləmək üçün hərbi əlaqələrin davamlı və aydın olmasının önəmi də daxil olmaqla fərqli mövzuları müzakirə edəcəklər”, deyə ABŞ-ın Baş Qərargah Rəisinin Ofisinin xəbərində bildirilir.
Buna da bax: Obama Putin-i necə vura bilər?