Tələbə qəbuluna yenilik edilib

İmtahan.

Nazirlər Kabineti orta ixtisas müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

Qaydalar Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qəbul olunub.

Bu haqda mərkəzin məlumatında bildirilir.

Buna da bax:​ Nazir Ali məktəblərə qəbulu artırmağı təklif edir

Qaydalarda yeniliklər var.

Bakalavriata qəbul ildə iki dəfə keçiriləcək

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarına dəyişiklik edilib. Bu dəyişikliyə görə, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə veriləcək.

Buna da bax: Özəl universitet niyə bağlanır?

Cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Cari və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə biləcəklər.

Qəbul qaydalarına başqa ciddi dəyişiklik edilməyib.