Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:02

Nazir Ali məktəblərə qəbulu artırmağı təklif edir


Mikayıl Cabbarov

Dünya üzrə ali təhsil almağa maraq göstərən gənclərin sayında artımın müşahidə edilməsi Azərbaycanda da baş verir.

Təhsil naziri Mikayıl Cabbarov fevralın 8-də jurnalistlərə açıqlamasında belə deyib.

O, Təhsil Nazirliyinin bu tendensiyasını diqqətdə saxlayaraq, uyğun addımlar atdığını bildirib.

Buna da bax:​ 'Ali məktəblər ödəniş qaydalarını özləri müəyyənləşdirir'

“Təhsil Nazirliyi bu il hökumətə ali təhsil müəssisələrinə qəbulun artırılmasına dair təkliflər təqdim edib. Bu təkliflər ali məktəblərin müraciətinə əsasən hazırlanıb. Hazırda hökumət bu məsələyə baxır. Bu məsələ ilə bağlı müvafiq qərar qəbul olunduqdan sonra bizim ölkəmizdə də tələbələrin sayı artacaq”, təhsil naziri deyib.

Son rəsmi bilgilərə görə, Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi var. Ali təhsil ocaqlarında 160 mindən artıq tələbənin oxuduğu bildirilir.

Buna da bax: Tələbələrin yataqxana və kirayə mənzil tapmaq zülmü [video]

2016-cı ildə ali təhsil müəssisələrinə qəbul olunanların 1990-cı illə müqayisədə iki dəfədən çox olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG