Ağsu aşırımı bağlanıb

Arxiv fotosu

Dekabrın 8-i Ağsu aşırımında hərəkət dayanıb.

Bu haqda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı APA-ya bildirib.

Onun sözlərinə görə, marşrutu Ağsu aşırımından keçən avtobuslar alternativ yolundan istifadə edirlər.

Buna da bax:​ Yollar buz bağlaya bilər

“Amma Bakıdan Şamaxıya gedən avtobuslar eyni yolla, yəni Bakı-Şamaxı yolu ilə hərəkət edir. Şamaxıdan sonra, yəni Ağsu dolaylarında artıq hərəkət dayandırılıb. Bundan başqa, Quba-Qusar yoluna daha çox yağıntı düşməsi səbəbindən orada hərəkət sürəti azdır”, - deyə Ş.Mehmanqızı əlavə edib.

Şöbə müdirinin sözlərinə görə, respublikada hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə bağlı bölgələrə hərəkət edən sürücülərə təhlükəsizlik və sürət həddinə aid təlimatlar verilib, nəzarət gücləndirilib.

Buna da bax: Qubada 6, İsmayıllıda 16 kəndlə əlaqə kəsilib

Ş.Mehmanqızı dekabrın 25-dən yanvarın 7-nə kimi Bakı Beynəlxalq Avtovağzalının gücləndirilmiş iş rejimində çalışacağını bildirib.