Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:12

Qubada 6, İsmayıllıda 16 kəndlə əlaqə kəsilib


Yol
Yol

Sentyabrın 1-i axşam saatlarında və 2-nə keçən gecə ölkənin bəzi bölgələrində güclü yağış yağıb. Bəzi dağlıq ərazilərə dolu düşüb.

Güclü yağış Quba rayonunun 10-dan çox kəndinə ziyan vurub.

Bu barədə «Report»a Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib.

O bildirib ki, Qubanın Qonaqkənd kəndində sel evlərə və həyətyanı sahələrə dolub: «Bundan başqa, sel rayonun Utuq kəndində «Niva» markalı avtomaşınla çayı keçən kənd sakinlərini cənginə alıb. Sürücü və sərnişinlər maşından çıxsalar da, sel nəqliyyat vasitəsini aparıb».

Buna da bax: Qəbələdə sel – 53 nəfər təxliyə edildi

Komissiya sədri qeyd edib ki, Xaltan kəndində pay torpaqlarına və evlərə ziyan dəyib:

«Sel Qubanın Qırmızı qəsəbəsində elektrik dirəklərini yuyub aparıb. Bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qudyalçayın daşması nəticəsində 37-ci km-dən 39-cu km-ə qədər yolu su yuyub. Çayın üzərində olan körpünü sel tamamilə aparıb. Hazırda Qubanın Qrız, Cek, Əlig, Haput, Bostankeş və Xınalıq kəndlərinə nəqliyyatla gediş-gəliş yoxdur. Həmin ərazidə texnika işləyir. Quba «Azəravtoyol» 6 saylı Yol İstismar İdarəsinin texnikaları və canlı qüvvəsi alternativ yol çəkilməsinə yardımçı olur. Bundan əlavə, Vəlvələ körpüsünün beton dirəklərini də sel yuyub. Hazırda, Vəlvələ körpüsü qəzalı vəziyyətə düşüb. Körpünün üzərindən nəqliyyat vasitələri keçən kimi körpü silkələnməyə başlayır».

İsmayıllıda 16 kəndə gediş-gəliş çətinləşib

«Yağış və sel suları nəticəsində İsmayıllı-1, İsmayıllı-2 su elektrik stansiyaları fəaliyyətini dayandırıb».

Bunu «Turan»a İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev bildirib.

Komissiya sədrinin deməsinə görə, Girdiman və Göyçay çaylarında su artıb: «Rayonun 16 kəndi ilə rabitə əlaqəsi olsa da, nəqliyyat əlaqəsi kəsilib. Hələ də bərpa edilməyib, bəzi körpülər üçün təhlükə yaranıb».

R.Ağayev bildirib ki, sel suları azalan kimi bu kəndlərlə də birbaşa əlaqə bərpa ediləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG