Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Qəbələdə sel – 53 nəfər təxliyə edildi


Foto ariv
Foto ariv

Sentyabrın 1-i axşam saatlarında və 2-nə keçən gecə güclü yağış ölkənin bəzi bölgələrində ciddi fəsadlar törədib.

Qəbələ rayonunun Laza kəndinə yağan yağış nəticəsində Dəmiraparan çayının suyu çoxalaraq sel əmələ gəlib.

Fövqəladə Hallar Nazirliyi bildiriblər ki, xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfər təxliyə edilib.

Qəbələdə sel

QUBANIN 8 KƏNDİ İLƏ ƏLAQƏ KƏSİLİB

Qubanın dağlıq massivinə yağan yağışın rayondan Xınalıq kəndi istiqamətində gedən yolun bağlanmasına səbəb olduğu bildirilir.

«Azəravtoyol» ASC-nin Quba rayon 6 saylı Yol İstismar İdarəsinin Xınalıq kəndi üzrə sahə rəisi Bilal Sultanovun «Report»a bildirməsinə görə, yolun 37-ci kilometrliyindən sonra maşınların hərəkəti mümkün deyil.

B.Sultanovun deməsinə görə, Xınalığa gedən həm yerli sakinlər, həm də turistlər geri qayıtmaq məcburiyyətində qalıblar. Yolun bağlanmasına suyun səviyyəsinin artması nəticəsində Qudyalçayın öz məcrasında çıxması səbəb olub. Yolun tamamilə su altında qalması nəticəsində Xınalıq ilə yanaşı, daha 7 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Buna da bax-Azərbaycanda sel xəbərdarlığı: 'Heç bir tədbir görülmür'

İSMAYILLIYA DOLU DÜŞÜB

Axşam saatlarında İsmayıllı rayonuna güclü leysan və dolu düşdüyü bildirilir.

«Report»un xəbərinə görə, yağıntı, əsasən, ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxallı, İstisu və Çayqovuşan kəndlərini əhatə edib.

Təbiət hadisəsi nəticəsində evlərin və tikililərin dam örtüyünə, avtomobillərə ciddi ziyan dəyib. Göyçay çayının qollarında daşmalar əmələ gəlib. Nəticədə fərdi təsərrüfatlara, meyvə ağaclarına ziyan dəyib.

Hazırda sözügedən kəndlərə gediş-gəlişin qismən məhdudlaşdığı deyilir.

XAÇMAZIN QARĞALIQ KƏNDİNİ SU BASIB

Sentyabrın 1-i axşam saatlarında şimal bölgəsində yağan yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.

APA-nın xəbərinə görə, Qudyalçayda suyun səviyyəsi artdığından rayonunun Qarğalıq kəndini su basıb. Qarabağlı kəndində də yaşayış evlərinə su dolub. Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanının aradan qaldırılması və araşdırılması işlər görülür.

Rayonun Niyazabad kəndində də bir yaşayış evinə su dolduğu bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG