Dünyanın ən böyük kitab mağazası Blackwell's-də 125 min adda kitab satılır

Oksforddakı Blackwell's kitab mağazası.

Benjamin Henry Blackwell 1879-cu il yanvar ayının 1-də kitablara olan böyk sevgisinin təzahürü kimi Blackwell's kitab mağazasını açıb. Onun atası Benjamin Harris Blackwell kitabxanaçı olub, o “İçki Düşkünlüyünə Qarşı Cəmiyyət”in üzvü idi. Bu cəmiyyət özünü savadalandırmanı təbliğ edir, insanları kitab oxumağa, daha çox da dini kitablara həvəsləndirirdi. Henry Blackwell bir müddət yerli kitab satıcılarının yanında çalışdıqdan sonra atası kimi kitabxanaçı olmaq eşqinə düşür, ancaq Cardiff kitabxanasına iş üçün etdiyi müraciətindən imtina edildikdən sonra öz kitab mağazasını açmağa qərara alır.

Buna da bax: Dünyanın ən məşhur kitab mağazasında evsiz yazarlar havayı qala bilər

Blackwell's kitab mağazası.

İndi Blackwell's Britaniyanın Oxford şəhərində dörd mərtəbədə 125 min kitabın nümayiş olunduğu dünyanın ən böyük kitab mağazasıdır. Onun Britaniyada ümumilikdə 45 mağazası var.

Kitab mağazasının işçisi Rebecca MacAlister "Guardian" qəzetinə deyir ki, “Mağazanın ən sevimli yeri birinci mərtəbədəki şeir bölümüdür. Burda 1879-cu ildən qalan kitab rəfləri qorunub saxlanıb. Burda həmçinin Henry Blackwell-dən sonra 60 il ərzində kitab mağazasını böyüdən və kitab satıcısı imperiyasına çevirən Basil Blackwell-in ofisi yerləşir.

Kitab mağazasının meneceri David Kelly deyir ki, mağaza nəhəng böyüklüyü və kitabları əla bilən satıcıları ilə öyünür. Belə ki, 125 min adda kitabın satıldığı mağaza da 47 ildir satıcı işləyən kitabçılar da var. Həmçinin mağaza ildə 300-ə qədər imza günü, oxu axşamları və s. tədbirlər keçirir.

Buna da bax: Sumqayıtın məşhur bukinisti bağlanır [Reportaj]

Kitab satıcısı Rebecca deyir ki, məşhur ingilis fiolosofu Nigel Warburton mağazanın ən məşhur alıcılarındandır. Rebecca-nın sözlərinə görə hələ bir dəfə Dominikan Respublikasının prezidenti, arvadı və cangüdənləri ilə birlikdə mağazaya gəlib. O iş vaxtının bitişindən sonra belə kitab seçmək üçün mağazada qalıb.