Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:31

Dünyanın ən məşhur kitab mağazasında evsiz yazarlar havayı qala bilər


'Shakespeare and Company' kitab mağazasının girişi.
'Shakespeare and Company' kitab mağazasının girişi.

-

"Shakespeare and Company", Parisin sol sahilində kiçik, yarıdağınıq kitab mağazasıdır, buranı əminliklə dünyanın ən məşhur kitab mağazası adlandıra bilərik.

Məhz bu mağaza başqa heç kim maraqlanmadığı halda, James Joyce-nin "Ulysses"ni çap edirməyə razılaşmış, həmçinin on illərlə müasir dövrün böyük yazıçıları: Ernest Hemingway və F. Scott Fitzgerald, Jack Kerouac və Allen Ginsberg, Lawrence Durrell və Anaïs Nin üçün qeyri-rəsmi yataqxana da olub.

Bu həftə Parisin 37-ci küçəsində yerləşən mağaza sahibləri 1919-cu ildə yaranmış və əvvəl şəhərin başqa hissəsində olan mağazanın tarixi haqda 400 səhifəlik, içində rəngli fotolar olan bir kitab buraxıblar.

Buna da bax: Sumqayıtın məşhur bukinisti bağlanır [Reportaj]

Mağazanı amerikanmənşəlli naşir və kitabxanaçı Sylvia Beach açsa da, o dünyasını dəyişdikdən sonra mağaza George Whitmana keçib.

'Shakespeare and Company' mağazasının girişindəki deviz.
'Shakespeare and Company' mağazasının girişindəki deviz.

Mağazanın sahibi amerikan mənşəlli George Whitman 2011-ci ildə 98 yaşına qədər mağazanın üstündəki kiçik evdə yaşayıb. Onunçün Shakespeare and Company çox şey deməkdir. O mağazasını ora gələnlərin gecə yata biləcəyi və pulsuz şərab içə biləcəyi bir "sosial utopiya" adlandırırdı. Whitmana deyirdi: "Mən bu kitab evini roman yazan bir adam kimi yaratmışam, onun hər otağı romann bir bölümüdür. Mağazamın qapılarını insanların üzünə açmaq məni xoşbəxt edir, bu yolla onlara həm də kitabın, təxəyyülün sehirli qapılarını açıram".

George İkinci Dünya Müharibəsindən birbaşa Parisə qayıdıb və burda Sorbonne univerisitetinə daxil olur, ondan sonra o heç vaxt Parisi tərk etmir. Univerisitetdə oxuduğu illərdə o o qədər kitab alır ki, axırda kitab mağazası açmağa qərar verir. George 1950-ci ildə gündəliyində yazırdı: "Ümüd edirəm, axır ki, dünyanın dəhşətlərinə və gözəlliyinə tamaşa edəcəyim bir künc tapa biləcəyəm".

'Shakespeare and Company' mağazasının sahibi George Whitman 1951-ci ildə.
'Shakespeare and Company' mağazasının sahibi George Whitman 1951-ci ildə.

Mağaza bir neçə nəsildir sərsəri yazıçıların xəbərdarlıq etmədən gəlib sığındığı bir məkana çevrilib. Mağazanın sahibi George belələrini küləklə sovrulan kollara bənzədir və mağazada sığınacaq tapan hər kəsə şərtlər qoyur, o hər gün iki saat yazmalı və hər gün bir kitabdan bir parça oxumalıdır. Belələri mağazanın üst mərtəbəsində azadca yaşaya bilər, ordakı yataqda yatar və yaxınlıqdakı ictimai hamamdan istifadə edə bilər.

Buna da bax: Gəncədə ölkənin ən böyük kitab mağazası açılıb

George deyir ki, kitab mağazalarında işləyənlər ora gələn yadlara qarşı etinasız davranmamalıdır, çünki bir insan oxuyursa "ola bilsin gizli bir mələkdir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG