Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Gəncədə ölkənin ən böyük kitab mağazası açılıb


Gəncədə yeni açılmış kitab mağazası
Gəncədə yeni açılmış kitab mağazası

-

"GƏNCƏDƏ ÖLKƏNİN ƏN BÖYÜK KİTAB MAĞAZASI AÇILIB"

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə axır ki, şəhər əhalisinin sayına uyğun böyük kitab mağazası açılıb. Bu eyni zamanda ölkə üzrə ən böyük kitab mağazasıdır. “Kitabevim.az” adlı mağazalar şəbəkəsinin filialı olan mağaza Gəncə çayın sahilində, Yeni Park Bulvar ərazisində yerləşir. Mağaza biri zirzəmidə olmaqla 4 mərtəbədən ibarətdir. Bu barədə “Kitabevim.az”-ın icraçı

Sağdan sola "Kitabevim.az" mağazasının icraçı direktoru Emin Sadıqov, ədəbiyyatçı Şəmil Sadiq, deputat Naqif Həmzəyev və Gəncə İH rəhbəri Elmar Vəliyev
Sağdan sola "Kitabevim.az" mağazasının icraçı direktoru Emin Sadıqov, ədəbiyyatçı Şəmil Sadiq, deputat Naqif Həmzəyev və Gəncə İH rəhbəri Elmar Vəliyev

direktoru Emin Sadıqov "Oxu Zalı"na məlumat verib. O, bildirib ki, “Gəncə şəhər İcra hakimiyyəti bu binanı sırf kitab evi olaraq tikdirib. Kitabevim.az-ın Bakıdakı 4 illik fəaliyyəti uğurlu olduğuna görə məhz burada mağaza açmaq təklifi də ilk bizə edildi. Bu təklif də bizi maraqlandırmaya bilməzdi. Çünki artıq uzun müddətdir ki, regionlarda belə bir mağaza açmaq barəsində düşünürdük. Paytaxtdan kənarda yaşayan həmyerlilərimizin yeni çap edilən kitablardan məlumatsız qalmaları, kitaba istədikləri vaxt əllərinin çatmamağı bizi də narahat edirdi. Buna görə də biz bu təklifi yüksək qiymətləndirdik və qısa vaxt ərzində Gəncədə yeni mağazamızı açdıq”. Emin Sadıqov Kitabevim.az-dakı bütün xidmətlərin Gəncədəki kitab mağazasında da təqdim edildiyini bildirib: “Mağazanın iki mərtəbəsi kitab üçün, digər iki mərtəbəsi isə “Kitab kafe” və oxu zalı kimi nəzərdə tutulub. Bununla yanaşı “Kitabevim.az” da “Qoy – Götür” bölməsi fəaliyyət göstərəcək. Burada imkansız oxucularımız ödəniş etmədən kitabları 10 günlüyünə götürüb oxuya biləcəklər. Həmçinin “Bukinist” bölməsində çətin tapılan köhnə kitablar oxucular üçün təmin ediləcək. Bir şeyi də qeyd edim ki, adətən bölgələrdəki oxucularımız yaşadıqları ərazilərdə kitabların baha olduğundan şikayətlənirlər. Ancaq Kitabevim.az Bakıdakı mağazamızla eyni bazadan idarə edildiyi üçün bütün kitablar paytaxtakı qiymətə təqdim ediləcək".

Gəncədə açılmış yeni kitab evinin içi
Gəncədə açılmış yeni kitab evinin içi

XS
SM
MD
LG