Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:02

Nigar Köçərli kitab dükanını bağlamağa məcbur oldu


-

Bakıdakı "Əli və Nino" kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərili Gənc Tamaşaçılar Teatrının yaxınlığında, Nizami küçəsi 91-də yerləşən kitab mağazasını və Kitab kafesini bağlamaq məcburiyyətində qaldığını bildirib.

Nigar Köçərili OxuZalına deyib ki, Kitab kafesi və onun yuxarı mərtəbəsində yerləşən kitab mağazası beş ilə yaxındır ki, fəaliyyət göstərir:

"Kafedə tez-tez kitab təqdimatları, yazıçılarla görüşlər keçirilirdi. Bundan əlavə burada "Book Club" yaradılmışdı ki, bu kluba üzv olan kitabsevərlər ayda iki dəfə toplaşıb müxtəlif kitabları müzakirə edirdilər.

Lakin ölkədə baş verən maliyyə böhranından, vergilərin ağırlığından, mağazalarımıza tez-tez hücum edən bir oğrunun kassalarımızı soyması ucbatından “Ali and Nino Book Cafe”ni və kitab mağazasını bağlamağa qərar verdim".

Nigar Köçərilinin sözlərinə manatın dollar qarşısında qiyməti düşəndən sonra kitab satışı xeyli zəifləyib. Həmçinin satılan kitabların 70-80 faizi Rusiyadan, Türkiyədən, Avropadan idxal olunduğundan kitab mağazalarına xeyli zərər dəyib.

Bundan əlavə Nigar Köçərili mağazaya 4-5 aydır ardıcıl hücum çəkib şüşələrini qıran, kassadan pulları aparan şəxsin polis tərəfindən yaxalansa da, bir qədər sonra azadlığa buraxıldığından xəbər tutub və daim soyğunçunun yenidən ortaya çıxacağı gözləntisi ilə yaşadıqlarını bildirib. O bu şərtlər altında Azərbaycanda bizneslə məşğul olmağın çox çətin olduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG