Hərbi dəniz qüvvələri təlimlərə cəlb olunub

Azərbaycanda hərbi təlimlər

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərinə Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmi və katerləri cəlb olunub.

Bu haqda noyabrın 14-də Müdafiə nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Xəbərə görə, təlimlərdə iştirak edən gəmilərin və şəxsi heyətin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və HDQ-nin idarə olunması yoxlanılıb.

Buna da bax:​ Hərbi-dəniz qüvvələri təlimlərə başlayıb

Təlimlərin gəmi və katerlərinin cəlb olunması ilə keçirilən mərhələsinin məqsədinin Xəzər dənizinin enerji infrastrukturunun mühafizəsi ilə bağlı olduğu bildirilir

Xəbərdə qeyd edilir ki, təlimlər şərti terror qrupunun ələ keçirtdiyi gəmini helikopterdən endirilmiş xüsusi təyinatlıların azad etməsindən və tapşırıqların yerinə yetirilməsi zamanı digər qoşun növləri ilə uzlaşdırılmış birgə fəaliyyətin icrasından ibarətdir.

Buna da bax: Rus hərbçilər raket gəmisi ilə Bakıya gəlir

Noyabrın 12-də silahlı qüvvələr genişmiqyaslı hərbi təlimləri başlayıb.

60 min hərbiçinin, 60 təyyarənin, helikopterin, 150 ədəd zirehli texnikanın, 700 raket və artilleriya sisteminin iştirakı ilə genişmiqyaslı təlimlər ayın 18-ə qədər davam etməlidir.