Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

-

Avqustun 22-də Azərbaycan Hərbi Dəniz Qüvvələri komanda-qərargah təlimlərinə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, təlimlərdə əsas məqsəd Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətin planlaşdırılmasıdır.

Təlimlərə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunları cəlb olunub.

Mətbuat xidməti müdafiə naziri Zakir Həsənovun da təlimlərə qatıldığını bildirir.

Nazirin Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərin daimi məntəqəsində olduğu, gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxladığı qeyd edilir.

Təlimlərin avqustun 25-də sona çatacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG