AB ilə yeni saziş hazırlanır

AB-nin Litva sammitində

Noyabrın 14-dən etibarən Avropa Komissiyası və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəlik Azərbaycanla yeni hərtərəfli anlaşma üzərində danışıqlara başlayacaq.

Bu haqda Avropa Komissiyasının saytı xəbər verir.

Xəbərdə bildirilir ki, Avropa Birliyi (AB) Şurası Avropa Komissiyası və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyə Azərbaycanla hərtərəfli saziş məsələsi üzrə danışıqlar aparmağa mandat verib.

Buna da bax:​ Avropa Birliyi Bakı ilə əlaqələrin bərpasına şaddır

Yeni sazişin Azərbaycan qanunvericiliyinin AB-nın daha vacib beynəlxalq və ticarət standartlarına yaxınlaşmasını nəzərdə tutduğu bildirilir.

Azərbaycanla Avropa Birliyi (AB) arasında münasibətlərin hüquqi əsası 22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoyulub.

Həmin sənəd ratifikasiya edildikdən sonra 1999-cu il iyulun 1-də qüvvəyə minib.

Buna da bax: AB-nın alt komitələrinin Bakı iclasları...

Yeni saziş həmin sazişi əvəz etməlidir.

Bu il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənədin qəbul edilib.

Azərbaycan Avropa Birliyi ilə əsasən «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Buna da bax: "Azərbaycan istəməsə də, islahatlara məhkumdur"

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.