Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Avropa Birliyinin (AB) Azərbaycan üzrə alt komitələrinin Bakıda keçiriləcək iclaslarının vaxtı məlum olub.

APA-nın xəbərinə görə, oktyabrın 12-də ədliyyə, azadlıq və təhlükəsizlik alt komitəsinin iclası keçiriləcək.

Oktyabrın 13-də insan haqları alt komitəsinin, oktyabrın 14-də isə insanlar arasında münasibətlərə dair komitənin iclası olmalıdır.

Bu il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG