AMEA-da texnologiya parkı yaradılır

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yüksək Texnologiyalar Parkı yaradılır.

Prezident İlham Əliyev noyabrın 8-də bununla bağlı sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Yüksək Texnologiyalar Parkında innovasiya məhsulu, yüksək texnologiyalar hazırlanacaq. Parkın yaradılmasının məqsədi elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqidir.

Buna da bax:​ Elmi tədqiqatlar AMEA-in 'kölgəsindən çəkilir'?

Sərəncama əsasən, AMEA parkda xarici, daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsindən ötrü digər xidmətlərin göstərilməsini təmin etməlidir. Akademiyanın tərkibində məhdud məsuliyyətli cəmiyyət yaradılacaq.

Parkın fəaliyyətindən ötrü AMEA-nın Əhmədli qəsəbəsindəki Təcrübə-Sənaye Zavodunun torpaq sahəsi ayrılacaq.