Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:05

►Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yenidən formalaşdırılır

“Elm haqqında ” qanunun tətbiqi ilə bağlı Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası da yenidən formalaşdırılacaq.

Bu ölkə başçısının imzaladığı “Elm haqqında” qanununun tətbiqi barədə fərmanda əksini tapıb.

Fərmana görə, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılmasını Nazirlər Kabineti təmin etməlidir. Şuranın əsasnaməsi hazırlanıb təsdiq edilməli, həmin sənədlə qurumun fəaliyyəti ilə bağlı məsələlər tənzimlənməlidir.

“Elm haqqında ” qanuna görə, Şuranın əsas vəzifəsi ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, təkrarçılığı aradan qaldırmaq, müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etməkdir.

Bundan əlavə Şura tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarəti təmin etməli, onların səmərəliliyini yüksəltməlidir.

Qurumun tərkibində elmi problemlər üzrə şuraların yaradılması nəzərdə tutulur. Həmin elmi şuraların tərkibi yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılmalıdır.

İndiyədək Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) səlahiyyətində idi.

Şuranın əsasnaməsinə (indiyədək qüvvədə olan) görə, qurumun tərkibini - sədri, sədr müavinini, məsul katibi və digər üzvləri AMEA-nın Rəyasət Heyəti təsdiq edirdi.

Şura ilk dəfə ölkə başçısının “Milli Elmlər Akademiyasının statusu haqqında” fərmanına uyğun olaraq 2004-cü ildə yaradılmışdı. Şuraya AMEA-nın prezidenti Akif Əlizadə rəhbərlik edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG