Amnistiya aktı icra edilib

Arxiv fotosu

“Amnistiya Aktının icrası başa çatıb. Amnistiya aktı ümumilikdə 10868 şəxsə tətbiq edilib”.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 28 May - Respublika Günü münasibətilə elan edilmiş amnistiya aktının icrasının yekunları ilə bağlı məlumatında belə deyilir.

Buna da bax:​ "Amnistiya yaxşıdı, amma..."

Məlumatda bildirilir ki, amnistiya azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 nəfər cəza çəkməkdən azad olunub, 635 məhkumun isə cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

“68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad ediləcəklər. Azad olunan məhkumlardan 59 nəfəri qadın olub. Amnistiya Azərbaycan vətəndaşları ilə yanaşı, 55 əcnəbiyə və 1 nəfər vətəndaşlığı olmayan məhkuma da şamil edilib”, məlumatda bildirilir.

Buna da bax:​ Amnistiyadan siyasi məhbus sayılanlar bəhrələnəcəkmi?

Ölkə parlamenti mayın 20-də Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” layihəni qəbul edib.

Sənəd qəbul edilərkən aktın 4 ay ərzində icra ediləcəyi bildirilmişdi.

Yerli hüquq müdafiə təşkilatları ölkədə 100-dən çox siyasi məhbusun olduğunu bildirirlər. Bu Amnistiya Aktı ilə isə həmin şəxslərdən yalnız biri- Müsavat Partiyası başqanın müavini Fərəc Kərimli azadlığa çıxıb