Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:28

"Amnistiya yaxşıdı, amma..."


İllüstrasiya
İllüstrasiya

►Vətəndaş cəmiyyətindən amnistiya bəyanatı

Vətəndaş Cəmiyyətinin Hüquqlarını Müdafiə Komitəsi (VCHMK) Milli Məclisdə 28 may Respublika Günü münasibətilə qəbul edilən Amnistiya Aktı ilə bağlı bəyanat yayıb.

Bəyanat müəllifləri aktın qəbul edilməsini təqdir edirlər.

“Akt qəbul edilməsi yaxşıdır. Amma Respublika Günü ərəfəsində 100-dən çox siyasi məhbusdan birinin belə azad olunmaması təəssüf doğurur. Çünki onlar hakimiyyətinin unutdurduğu Azərbaycan Demokratik Respublikası ideallarını qoruyub saxlamağa çalışdıqlarına görə, onları sınağa çəkən rejimin qurbanlarıdır” - deyə bəyanatda vurğulanır.

Bəyanat müəllifləri hesab edir ki, hakimiyyət ölkəni ictimai-siyasi və sosial-iqtisadi böhrana salıb. Onların düşüncəsinə görə, Amnistiya Aktı hökumətin fəlakətli siyasətdən imtina etmək istəməməsinin, vətəndaş cəmiyyəti, şəffaf hüquqi dövlət yaradılmasına qarşı çıxdığının daha bir sübutudur.

VCHMK hakimiyyəti bütün siyasi məhbus sayılan şəxsləri azad etməyə, siyasi və digər rəqiblərinin təqibinə son qoymağa və dialoqa çağırır.

Milli Məclis Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə mayın 20-də Amnistiya Aktı qəbul edib.

Aktın 10 min məhkumu əhatə edəcəyi və 3500 nəfərinin həbsdən azad ediləcəyi gözlənilir. Bu M.Əliyevanın təşəbbüsçüsü olduğu sayca 4-cü amnistiya aktıdır.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)

İlham Əliyev Ermənistanı ittiham etdi
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək
Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (23 may)

"Dünyanın Azərbaycan qaçqınına marağı azalır"

XS
SM
MD
LG