Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17

“Parlamentdə də gözlənildiyi kimi, sənədi faktiki müzakirəsiz qəbul etdilər. Ölkədə elə adamlar var ki, onun yazdığını hətta parlament müzakirəyə cəsarət etməz. Bu anlamda amnistiyanın bəxti gətirmədi həm də. Dördüncü dəfədir artıq”.

Hüquq müdafiəçisi İntiqam Əliyev mayın 20-də Milli Məclisin amnistiya haqda qəbul etdiyi qərar barədə fikirlərini AzadlıqRadiosu ilə bölüşüb.

- Söhbətə ordan başalayaq ki, siz amnistiyaya düşürsüz-düşmürsüz? Çünki sizin, Leyla və Arif Yunusların, Rauf Mirqədirovun şərti azadlığı ilə bağlı məsələsinin amnistiyaya düşüb-düşməməsi əməlli-başlı çaşqınlıq yaradıb.

Leyla və Arif Yunuslar

Leyla və Arif Yunuslar

- Siyasi məhbusların şərti yolla azadlığa buraxılması arxasında xeyli mətləblər dayanan siyasi qərardır. Çox güman, bu kateqoriyadan olan şəxslərə münasibətdə bundan sonra həmin varianta daha tez-tez üstünlük veriləcək. Məqsədi təxmin etmək o qədər də çətin deyil. Bir tərəfdən, məhkəmə qərarları ilə kəsilən yüksək cərimələr, hesablarındakı həbslər, xaricə çıxışa, ictimai vəzifə tutmağa qadağalar və digər məhdudiyyətlər qalır. Digər tərəfdən, azadlığın şərtiliyi bu insanlara bir xəbərdarlıqdır ki, dinc oturmasanız yenidən geri qaytarıla bilərsiniz. Başqa tərəfdən, bu məsələni bir alver predmetinə çevirmək imkanı qalır. Hər şeyin yaxşıca düşünüldüyü görünəndir. Ona görə nə xüsusi gözləntilərimiz var idi, nə də adlarımızın o biabırçı sənəddə olmamasından məyusluğumuz.

İndi bizi daha çox narahat edən çoxsayda siyasi məhbus dostlarımızın, o cümlədən digər günahsız insanların hələ də həbsdə qalmalarıdır, davam edən həbslərdir, vətəndaş cəmiyyətinə, azadlıqlarımıza ara verməyən basqılardır.

İlqar Məmmədov

İlqar Məmmədov

Sistem çürükdür, əfvlər, amnistiyalar, sərəncamlar yolu ilə bu sistemi sağaltmaq mümkünsüz.

- Yəni çoxlarından fərqli olaraq bu amnistiya qərarından heç bir müsbət gözləntiniz yox idi?

- Təbii ki, azadlığa qovuşanların və onların ailələrinin, yaxınlarının yerinə sevinirəm. Amma nə gizlədim, həm də çox məyus oldum. Təkcə ona görə yox ki, siyasi məhbuslardan heç biri bu aktdan yararlana bilmədilər. Əslində, dediyim kimi ölkədəki duruma yetərincə yaxşı bələd olanların bu anlamda xüsusi gözləntiləri yox idi. Ümumilikdə qısır bir sənəd var ortalıqda.

- Sizcə, bu layihə qəbul eidlməzdən öncə ictimai müzakirəyə çıxarılmalı idi?

- Amnistiya aktı ciddi hadisədir. Minlərlə insana toxunur. Son günə qədər bu sənədin layihəsi toplumdan gizlədildi. Ümidlərini bu akta dikən minlərlə insan – məhbuslar, onların ailə üzvləri, yaxınları, vəkillər, ictimaiyyət bu müddət ərzində falçılıq etməli oldular. Layihə hansı müddətə hazırlandı, onun hnin hazırlanmasına kimlər cəlb olundu, kimlər ona rəy verdi (eksperizası aparıldımı), maddələrin seçimində meyar nə oldu, niyə ictimaiyyətin, ekspertlərin müzakirəsinə çıxarılmadı – bu və buna oxşar çoxlu sayda sualların cavabları sirr olaraq qaldı.

İntiqam Əliyev

İntiqam Əliyev

​Parlamentdə də gözlənildiyi kimi, sənədi faktiki müzakirəsiz qəbul etdilər. Ölkədə elə adamlar var ki, onun yazdığını hətta parlament müzakirəyə cəsarət etməz. Bu anlamda amnistiyanın bəxti gətirmədi həm də. Dördüncü dəfədir artıq. Halbuki parlamentə qədər də, parlamentdə də müzakirə olunmalı çox məsələlər var idi. Hökumətimiz bu dəfə də müzakirələrə getmədi.Çox hallarda olduğu kimi, toplumun fikrini eşitməyə, onunla “bir stol arxasında oturmağa” ehtiyac görmədilər. Həm də müzakirələrdən çəkindilər. Çünki ona hazır deyillər.

- Amnistiya haqda qərar siyasi məhbuslardan yan keçdi. Bəs içəridəki adi insanlar üçün nə qədər faydalı olacaq? Həbsxananı yenicə tərk etmiş biri, hüquqşünas kimi bu haqda nə düşünürsüz?

- Bu gün həbsxanalar ədalətsiz məhkəmə qərarlarının qurbanları ilə doludur. Onların arasında günahsız insanlar da var, etdiyi əmələ adekvat olmayan çox ağır cəza alanlar da. Bu insanların şikayətlərini ədalətli araşdıran məhkəmələr yox, dərdlərini deyə biləcəkləri təşkilatlar yox, işlərinin dalınca düşə biləcək vəkil tutmağa pulları yox və s. və i. Bu adamlar illərdir gözlərini amnistiyaya dikiblər, o ümidlə yaşayıblar ki, bəlkə bu yolla ailələrinə qovuşalar. Amnistiya həm də dövlət üçün bir şansdır ki, vətəndaşına qarşı yol verilən haqsızlığı gec də olsa aradan qaldırsın, özünü onun və ailəsinin gözündə reabilitasiya etsin. Amma insanlar bu dəfə də biganəliyə, laqeydliyə şahid oldular, növbəti dəfə aldadıldılar.

- Ağır cinayət törədən məhkumlar da amnistiyadan kənarda qaldılar. Deputat Rövşən Rzayev AzadlıqRadiosuna müsahibəsində deyir ki, qətl törətmiş insanı azadlığa buraxmaq olmaz, çünki onun öldürdüyü insan dirilməyəcək və ya mənimsəməyə yol verən məhkum həmin vəsaiti ödəyə bilmədiyi üçün azadlığa buraxılmamalıdı.

Deputat Rövşən Rzayev

Deputat Rövşən Rzayev

Siz nə düşünürsüz bu haqda? Razılaşmaq olarmı bu arqumentlərlə?

- Bəli, amnistiyanı ağır cinayət törədən şəxslərə aid etmədilər. Arqument bu oldu ki, bu kateqoriyadan olan şəxslər cəmiyyət üçün təhlükəlidirlər. Əvvəla, heç kim demir ki, hamını ucdantutma aç burax. Amnistiyanın müxtəlif formaları var. Elə əməllər var ki, ağır cinayətlər kateqoriyasına aid edilib, amma əslində, çox ciddi yanlışlığın nəticəsində baş verib bu. Vergi, iqtisadi cinayətlərin böyük bir hissəsi, qızqaçırma, məhbuslar arasında “milli maddə” kimi tanınan narkotik və bir çox digər cinayətlər üzrə həddən artıq sərt cəzalar nəzərdə tutulub...

Amnistiyanın ağır cinayətlər kateqoriyasına aid edilməməsi ilə bağlı millət vəkillərinin, hökumət nümayəndələrinin arqumentlərinə qulaq asdım. Əli İnsanov ona yalan-doğru verilən 11 ilinin 10 ilini yatıb. Cəza müddətinin sonuna 6 ay qalıb. Onun kimi həbsxanalarda cəzasının sonuna 6 ay, 5 ay, 2 ay qalanlar da var. Dövlət bu adamları 3 ay tez buraxsaydı, hansı təhlükələr gözləyəcəkdi onu?!

- Deputatlardan Zahid Oruc qızqaçırma maddəsinin amnistiyaya düşməsinə etiraz edib. Sizcə, bu adamlar azadlığa buraxılsalar “ictimai təhlükəli” olacaqdılarmı?

Zahid Oruc

Zahid Oruc

- Mən yatdığım həbsxanada iki qardaş cəza çəkirdi. Biri fəhlə idi, o biri həkim. Oğlanla qız bir-birilərini seviblər, valideynləri nikaha razı olmadıqlarına görə qızın razılığı ilə qaçırıblar. Elə həmin gün yaxınlarının tələbi ilə qızı geri qaytarıblar. Qız yetkinlik yaşına çoxdan çatmış birisidir, ona qarşı hər hansı zorakılıq olmayıb, könüllü qaçıb. Qızı qaçırana da, onunla bir yerdə olan qardaşına da qızın yaxınlarının şikayəti əsasında 9 il iş veriblər. Adını da qoyublar adam oğurluğu.

Bəzən heç adam öldürənə bu qədər iş vermirlər. Onlardan birinin iki azyaşlı övladı var. Böyüyəndə dövlət onların gözünün içinə necə baxacaq?! Və ya başqa missal. Qızqaçırmaya görə ömrünün 5 ilini həbsxanada keçirmiş, tutulanda 18 yaşı olan iki gənclə söhbətim heç yadımdan çıxmaz. Onlardan birinə 8 il, ona bu işdə yardımçı olana 7 il cəza verilmişdi. Yenə də qızın razılığı var, ortalıqda zorakılıq yoxdur! Amma valideynlərin şikayəti yetərli olub ki, gəncləri adam oğurluğunda ittiham etsinlər. Qız qaçırmağa görə 5, 7, 9 il iş alan nə qədər insan cəza çəkir həbs yerlərində.

- Bəzi deputatlar qanunvericiliyə dəyişiklik edilməsini, bəzi cinayətlərin ağır yox, az ağır cinayət kimi xarakterizə edilməsini istəyirlər. Sizcə, qanunlarda islahatlara ehtiyac varmı?

- Narkotik, vergidən yayınma, yol qəzası, dələduzluq ittihamı ilə tutulan nə qədər günahsız insan var həbsxanalarda. Asif Yusifli Qarabağ müharibəsi iştirakçısıdır. Sağlamlığını itirib müharibədə. Saxta dələduzluq ittihamı ilə 1 il yarımdan çoxdur ki, məhbusluq həyatı yaşayır. Guya aldatma yolu ilə kiminsə 6 min 500 manatını ələ keçirib. Həmin pulu elə istintaq dövründə zərərçəkmişə ödəyib. İşdə şikayətçi yoxdur. Özü hüquqçudur. İki yetkinlik yaşına çatmayan övladı var, atasıhəbs olunanda qızı qorxudan şəkər xəstəliyinə tutulub. Amnistiya verənlər onu azadlıq üçün təhlükəli sayıblar.

Asif Yusifli

Asif Yusifli

Asif bəyin nəyə görə tutulduğu bəllidir. Amma həbsxanalarda heç bir siyasi mənsubiyyəti, iddiası olmayan nə qədər adam bu qondarma maddə ilə cəza çəkir; o işlərin böyük əksəriyyəti mülki mübahisə kateqoriyasından olan işlərdir. Adamlara 7 il, 10 il 13 il cəza verirlər. Dövlət, onların saxlanmasına, ələ keçirdikləri iddia edilən məbləğdən qat-qat çox xərc vəsait xərcləyəcək. Sonra da gün-gündən qaldırdığı cərimə, rüsum, vergi hesabına kasıb vətəndaşından tutub aldığı pulları haqsız həbsə atdığı məhbusların saxlanmasına xərcləyəcək. Və ya Seymur Həzinin maddəsi. Onun etdiyi, və ya daha dəqiq desək, ona cinayət kimi sırınan əməli hətta etmiş olsaydı belə, qərəzsiz amnistiya aktı bu maddəyə də şamil olunmalı idi. Amma həmin maddə ilə S.Həzi girovluqdadır deyə onu da amnistiyanın qara siyahısına salıblar. Eyni sözləri digər siyasi məhbus dostlarımız barədə söyləmək olar.

- Yaxşıdır, amnistiya qərarı qəbul edildi. İyunun 15-də qüvvəyə minəcək və…

- Amnisiya aktının icrası üçün dövlət 4 ay vaxt ayırıb. Bu qədər vaxt nəyə lazım sualını verəcəyimiz kimsə yox. Bu ölkədə sualları xoşlamırlar. Ona görə bilmirəm bu qədər uzun müddətin əsaslandırması nə. Hansısa texniki məsələlərlə bağlanırsa, ciddi arqument deyil. Təcridxanalı, həbsxanalı hər müəssisəyə 20 adam düşə ya düşməyə. Maksimum 3 gün bu işi görməyə tam yetər. Amnistiya cəza müddətinin çəkilməmiş hissəsi 6 aydan artıq olmayan məhbusları da əhatə edir. Ekspertlər bundan “para iyi gəlir” deməkdə heç də haqsız deyillər. Həbsdə yatan üçün, onun doğmaları üçün 1 ay da böyük müddət. Adamın 6 ayı qalıb, azadlığa çıxması üçün 4 ay gözləyə bilər. Gözlədə bilərlər. Alış-veriş üçün yaxşı imkan yaranacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG