Nazir: 'Yoxlamalar min dəfə azalıb...'

Iqtisadiyyat naziri Şahin Mustafayev

“Sahibkarlığa Kömək Fondu xətti ilə indiyədək 2 milyard manat vəsait ayrılıb. 32 min layihə maliyyələşdirilib”

Bunu oktyabrın 19-da Bakıda “Qeyri-neft ixracı: bu günün çağırışları və yeni imkanlar” mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Buna da bax:​ Nazirlik marketlərdə yoxlamanı təsdiqlədi

Qeyri-neft ixracından danışarkən nazir deyib ki, gömrükdə islahat keçirilib, elektron bəyannamə sisteminə keçilib. Bundan başqa, sahibkarlıq lisenziyaları müddətsiz olub.

“2016-cı ilin 9 ayında qeyri-neft məhsulları ixracı 844 milyon dollar olub. Bu, ümumi ixracatın 12,9 faizidir. Cəmi 2 min 511 adda 6 milyard 541 milyon 219 min manat məbləğində mal ixrac edilib”.

Buna da bax:​ 1,5 milyon iş yeri açılıb?

Nazirin sözlərinə görə, qeyri-neft ixracının 54 faizi MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36 faizi Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 10 faizi isə digər ölkələrin payına düşür.

Nazir qeyd edib ki, sahibkarlıq strukturlarında yoxlamalar min dəfə azalıb