Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:10

1,5 milyon iş yeri açılıb?


Bakıda keçirilən beynəlxalq forumdan görüntü, 25 aprel 2016
Bakıda keçirilən beynəlxalq forumdan görüntü, 25 aprel 2016

Azərbaycanın İqtisadi inkişaf naziri deyib ki, son 10 ildə 1,5 milyon iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 8 dəfə azalıb...

«Qlobal iqtisadi problemlərin, yoxsulluğun aradan qaldırılması bir ölkənin səyi nəticəsində həll oluna biləcək məsələ deyil. Bu problemi həll etməkdən ötrü birgə fəaliyyət göstərmək lazımdır».

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən biznes simpoziumunda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib.

BMT rəsmisi qeyd edib ki, dayanıqlı inkişaf proqramının reallaşdırılmasına çalışmaq lazımdır.

«Özəl sektorun töhfəsi problemləri aradan qaldırmağa kömək edə bilər. Burada dini məsələlərin rolu danılmazdır. Müxtəlif mədəniyyətləri anlamağın artıq, vaxtı çatıb. Biz rolumuzu tam məsuliyyətlə dərk edirik. Ümid bəsləyirik ki, bu simpoziumda önəmli qərarlar veriləcək» - deyə ali nümayəndə bildirib.

İqtisadiyyat naziri Şahin Mustafayev isə inklüziv dünyanın qurulmasında özəl sektorun rolundan və Azərbaycanın bu sahədəki təcrübəsindən danışıb:

«İnklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir. İnklüziv cəmiyyət yoxsul, qüsurlu insanların və cəmiyyətin digər həssas qrupunun maddi imkanının yaxşılaşması, sosial xidmətlərin göstərilməsini nəzərdə tutur»

Nazir deyib ki. 1 milyondan çox qaçqın və məcbur köçkünü olan Azərbaycanda bu ağır problemdir:

«Azərbaycan bunun üçün böyük vəsaitlər ayırıb, xarici təşkilatlarla da əlaqələr qurur. BMT ilə də həssas qrupun inkişafına yönəlmiş layihələr icra olunub. Ölkədə sadəcə, iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin iqtisadi rifahı vacibdir. Bu sahədə, özəl sektorun da xüsusi rolu var. Yoxsulluğun aradan qaldırılması üçün özəl sektorun yaratdığı iş yerlərinin rolu danılmazdır».

Ş. Mustafayev qeyd edib ki, beynəlxalq yardım proqramları da biznes mühitinin inkişafına şərait yaratmalıdır.

«Son 10 ildə bizim ölkədə 1,5 milyon iş yeri açılıb. İşsizlik 5 faiz , yoxsulluq isə 8 dəfə azalıb. Layihələr yoxsul təbəqənin əməyə daha çox cəlb edilməsi, aşağı ixtisaslı iş yerlərini açılması, peşə təhsilinin inkişafına yönəlməlidir» - deyə nazir bildirib.

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu aprelin 25-də Bakıda başlayıb. Forum «İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd» devizi altında keçirilir.

Forum 3 gün davam edəcək.

XS
SM
MD
LG