Ermənistan hökuməti hərbi-sənaye kompleksinə dəstək qaydalarını təsdiqləyib.
Bunu oktyabrın 6-da hökumətin iclasında ölkənin yeni baş naziri Vigen Sarkisian bəyan edib.
Söhbət maliyyə yardımı, kredit təminatları, lizinq faizlərinin tam və qismən subsidiyalaşdırılması, pulsuz və ya bazar qiymətindən uçuz qiymətə dövlət əmlakından istifadə və müsabiqə əsasında qrantlar ayrılmasından gedir.
Nazir qeyd edib ki, bu qərar ölkənin müdafiə sənayesində struktur islahatlara səbəb olacaq.
Buna da bax: Ermənistanda yeni müdafiə naziri təyinatı-ekspert rəyləri