Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:24

Ermənistanda yeni müdafiə naziri təyinatı-ekspert rəyləri


Seyran Ohanian və Vigen Sargsian
Seyran Ohanian və Vigen Sargsian

Sarksian: “Mən hələ gələcəkdə müdafiə qabiliyyətimizin daha da gücləndirilməsini demirəm”

Ermənistanın yeni təyin olunan müdafiə naziri Vigen Sargsian mülkü şəxsdir. Dünənə qədər o Ermənistanın Prezident Aparatına rəhbərlik edib.

41 yaşlı yeni nazir Rusiya və Qərb təhsillidir, hüquq və diplomatiya üzrə magistrdir. 2000-2003-cü illərdə hərbi xidmətdə olarkən Ermənistan müdafiə nazirinin referenti olub.

Vigen Sargsian
Vigen Sargsian

“Viqen, bir daha təbrik edir və uğurlar arzulayıram. Ölkəmizi inkişafının sizin fəaliyyətinizlə bağlı olacağını söyləmək artıq olar. Mən hələ müdafiə qabiliyyətimizin gələcəkdə daha da gücləndirilməsini demirəm”.

Ermənistan prezidenti Serzh Sarksian yeni müdafiə naziri haqda bunları deyib: “Ohanian Qarabağın qəhərəmanıdır. Vigen Sargsian 8 il müdafiə naziri olmuş Seyran Ohanianı əvəz edir" deyə o bildirib.

“Bu o demək deyil ki, Seyran Ohanian pis işləyib. Biz həmişə cənab Ohanianın həm bizim orduda, həm də Qarabağda xidmətini çox yüksək qiymətləndirmişik”.

Bunu isə Ermənistanın hakim Pespublika Patiyasının mətbuat katibi Eduard Sharmazanov AzadlıqRadiosunu ermıni xidmətinə müsahibəsində deyib.

Eduard Sharmazanov
Eduard Sharmazanov

O da bildirib ki, Seyran Ohanian Qarabağın qəhrəmanı, hörmətə layiq şəxsdir.

Yeni müdafiə naziri haqda isə deyib ki, Vigen Sargsian üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək: “Məsələn, baxın, Gürcüstanda müdafiə naziri hərbçi deyil, qadındır. Biz başa düşməliyik ki, müdafiə naziri vəzifəsi hərbi vəzifə, general vəzifəsi deyil. Ən yüksək hərbi vəzifə Silahlı Qüvvələrin Baş qərargah rəisi vəzifəsidir”.

“Bu sözlər daim müharibə vəziyyətində olan bir ölkə üçün də keçərlidirmi” sualına cavabında Sharmazanov Ali baş komandanın dəyişmədiyini bildirib.

Seyran Ohanianın Vigen Sargsianla əvəzlənməsinin aprel ayındakı dördgünlük müharibə ilə bağlı olub-olmadığı ilə bağlı suala cavab olaraq isə mətbuat katibi bir şey söyləyə bilməyəcəyini deyib.

Seyran Ohanian və Vigen Sargsian
Seyran Ohanian və Vigen Sargsian

Ohanianın gələcək taleyi ilə bağlı suala cavab olaraq, Sharmazanov deyib ki, hakim partiya onu başqa sahədə görmək istərdi, ancaq bu, Ohanyanın özündən asılıdır.

Əsas qüvvə Baş Qərərgaha veriləcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğu deyir ki, dörd günlük aprel savaşından sonra Ermənistan ordusunun təminatının aşağı səviyyədə olması, korrupsiyalaşması yenidən üzə çıxdı. Bu da Ermənistan cəmiyyətində narazılığa səbəb olduğundan prezident Serzh Sarksian müdafiə naziri Seyran Ohanianı Qərb təhsilli Vigen Sargsian əvəz etdi:

“Yəqin prezident Sarksian Qərb modelinə keçmək istəyir. Qərbdə də müdafiə nazirləri əsasən mülki şəxslər olur. Bəlkə prezident düşünür ki, Qərbdə təhsil almış bir gənc orduda korrupsiyanın qarşısını alar,uğurlu menecment sistemi qura bilər. Amma məsələ burasındadır ki, Ermənistan Qərb ölkəsi deyil. Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Vigen Sargsianın vəzifəsinin öhdəsindən gələ biləcəyi də sual altındadır. O da ola bilər ki, müdafiə nazirini mülki şəxs təyin etməklə müdafiə nazirinin statusu azaldılır. Əsas qüvvə Baş Qərərgaha veriləcək. Çünki orda da bir dəyişiklik baş verib. Əsas diqqət Baş Qərargaha ayrılacaq ki, Azərbaycanla mümkün müharibədə məhz Baş Qərərgah rəisi ön planda olsun. Müdafiə naziri də sırf menecment, ordunun yenidən qurulması, maliyyə məsələlərinə nəzarət etməklə, ərzaq, geyim məsələləri ilə məşğul olsun”.

Elxan Şahinoğlu bu təyinatın Qarabağ münaqişəsinin müsbət həllinə təsir göstərəcəyinə inanmadığını da bildirir. Deyir ki, münaqişənin həlli ilə bağlı danışıqlarda irəliləyiş olmalıydı, bu da yoxdur.

Yeni nazirin əsas funksiyası daha çox piar üçün nəzərdə tutula bilər.

Münaqişələrin həlli ilə bağlı ekspert Əvəz Həsənov deyir ki, Ermənistanın yeni təyin olunan müdafiə naziri həm cavan, həm də hərbi təcrübəsi olmayan şəxsdir. Onun ölkənin hansısa müdafiə imkanlarını artımaq imkanının olmasını demək çox çətindir:

“Bəs, bu təyinat prezident Sarksiana niyə görə lazım idi? Təbii ki, Ermənitan indiki vəziyyətdə müdafiə sistemini gecləndirə biləcək, müasir müdafiə texnologiyası alınması baxımından iqtisadi gücdə deyil. Demək olmaz ki, aprel döyüşlərindən sonra Ermənistan birdən-birə öz müdafiə qabiliyyətini gücləndirə biləcək maliyyə imkanı əldə edib. Bu nazirin təyinatı nəyi dəyişdirəcək, bunu demək çox çətindir. Sarksian sadəcə Seyran Ohanianı uzaqlaşdırmaqla Qarabağ klanının son aprel döyüşlərində uğursuz hərbi əməliyyatları yerinə yetirmək ittihamarından qaçmaq istəyir. Eyni zamanda, piarla daha çox məşğul olmaq istəyir. Çünki yeni təyin olunan müdafiə nazirinin də əsas funksiyası daha çox piar üçün nəzərdə tutula bilər. Xüsusilə, Ermənistana diqqətin artırılması və diaspora ilə münasibətlərin qurulması ilə Ermənistanın müdafiə imkanlarını möhkəmləndirmək, ölkənin təhlükədə olduğunu inandırmaq üçün piarla məşğul olmaq istəyəcək”.

Bu təyinatla prezident əsas səlahiyyətləri isə öz əlində saxlayır.

Hərbi ekspert Telman Əbilov isə deyir ki, mülki şəxsin müdafiə naziri təyin etməklə Ermənsitan müsbət gediş etmək istəyir:

“İndi dünyanın bir çox ölkələrində müdafiə nazirləri mülki şəxslərdən təyin olunur. Bu da ölkənin imicinə müəyyən qədər müsbət təsir göstərir. Bunu Gürcüstanın da timsalında görmək olur. İndi prezident Sarksian bu addımı müsbət görünüş yaratmaq istəyir, özünü müharibə istəməyən prezident kimi göstərmək istəyr. İkincisi də Vigen Sargsian onun ən yaxın adamıdır. Onu müdafiə naziri təyin etməklə müdafiə nazirinin səlahiyyətlərini ona qismən vermiş olur. Əsas səlahiyyətləri isə öz əlində saxlayır. Silahlı Qüvvələri tamamilə özünün nəzarətində saxlamaq üçün, döyüş əməliyyatları da olsa, nəzarətdən çıxmasın deyə, həmin mülki şəxsi təyin edib. Bu təyinatın münaqişənin həllinə təsirinə gəldikdə, Ermənistan müstəqil dövlət deyil. Ona görə də Rusiya nə desə, indiyə qədər etdiyi kimi indən sonra da onu edəcək. ”

Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyev deyir ki, Ermənistanda yeni müdafiə nazirinin təyinatı Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək:

Fərəc Quliyev
Fərəc Quliyev

“Ermənistanda hansısa struktur dəyişikliyi, yaxud rəhbərlikdə belə kiminsə dəyişməsi ölkənin siyasətində dəyişiklik yarada bilməz. Çünki Ermənistanın özünün azad siyasəti yoxdur. Qarabağla bağlı Ermənistan özü istəsə belə qərar verə bilməz. Bu birbaşa Rusiyanın nəzarətində olan məsələdir”.

Oktyabrın 4-də Ermənistan prezidenti Serzh Sarksian Vigen Sargsianı Müdafiə Naziliyinin yüksək rütbəli zabit heyətinə təqdim edib. Sarksian xidmətlərinə görə keçmiş nazir Seyran Ohaniana da təşəkkür edib. Vigen Sargsian isə ona göstərilən etimadı doğruldacağına söz verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG