Toy karvanı qəzaya uğradı

Arxiv fotosu

Göygöl rayonunda toy maşın karvanı qəzaya uğrayıb.

Apa xəbər verir ki, rayonun Yeni Qızılca kəndində toy karvanında hərəkət edən “Niva” markalı avtomobil “VAZ 2107” markalı avtomobilə toqquşub.

Buna da bax:​ Nişan yasa çevrildi: 5 ölü

Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.