Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:09

-

Nişandan qayıdan maşın karvanı qəzaya uğrayıb, ölən və yaralananlar var.

musavat.com hadisə şahidlərinə istinadən xəbər verir ki, qəza Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində baş verib və 5 nəfər ölüb.

Ölənlər arasında bəy də olub.

Şahidlər bildirir ki, toy karvanının önündə gedən «Dodge» markalı avtomobilin sürücüsü Zaur Orucov sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək «Niva» markalı avtomobillə toqquşub.

Bundan sonra arxadan gələn «VAZ-21015» markalı avtomobil onlara çırpılıb. Qəza nəticəsində «Niva»da olan 3 şəxs hadisə yerindəcə keçinib. «Dodge» markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Zaur Orucov və «VAZ-21015» markalı avtomobildəki sərnişinlərdən biri - Fərqanə Mustafayeva da qəza zamanı vəfat edib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı 5 nəfər də yaralanıb və vəziyyətləri olduqca ağırdır.

Yaralılar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG