Əsgər yoldaşları tərəfindən döyülən əsgər hospitalda vəfat edib

Əsgər Tamerlan Əsədzadə

Əsgər yoldaşları tərəfindən döyülərək, hospitala yerləşdirilən əsgər Tamerlan Əsədzadə vəfat edib.

Bu barədə Politika.Az-a onun atası Kamil Əsədov məlumat verib.

Füzulidə N saylı hərbi hissədə xidmət edən Tamerlan Əsədzadə tərxis olunmasına 7 gün qalmış əsgər yoldaşlarından biri tərəfindən hücuma məruz qalıb.

Buna da bax:​ Müharibədə ölmək istəyirdi, amma həm də yaşamaq

Kamil Əsədov deyib ki, Bərdə rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan oğlunun əsgər yoldaşı onu baş nahiyəsindən bellə vurub.

Bel əsgərin başında qalıb və o vəziyyətdə hərbi hospitala yerləşidirilib, Kamil Əsədov deyib. O hesab edir ki, hadisə nəzarətsizlikdən baş verib.

Faktla bağlı Müdafiə Nazirliyindən açıqlama almağa çalışırıq.