1000 məntəqəyə kamera quraşdırılacaq

2009-cu il 18 mart referendumu

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 21-də keçirilən toplantısında referenduma hazırlıqlarla bağlı son durum müzakirə edilib.

Bu haqda komissiyanın saytı xəbər verir.

Xəbərdə bildirilir ki, toplantıda sentyabrın 26-a təyin edilmiş referendumda seçki prosesinin kameralar vasitəsilə izlənilməsi məsələsinə baxılıb. Referendum gün kameralar vasitəsilə səsvermə prosesini gün ərzində canlı müşahidə etməyin mümkün olacağı bildirilib. Ancaq bu məntəqələrin 20 faizini əhatə edəcək. Kameralar vasitəsilə 1000 seçki məntəqəsini izləmək mümkün olacaq.

Buna da bax:​ Seçki bülletenləri komissiyalara paylanır

Referendum gün kameralar vasitəsilə səsvermə prosesini gün ərzində canlı müşahidə etməyin mümkün olacağı bildirilib.

MSK-nın toplantısında həmçinin, qeyd edilib ki, referendum ümumilikdə 5627 seçki məntəqəsində keçiriləcək.

Toplantıda indiyədək referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçinin qeydiyyatdan keçdiyi barədə məlumat verilib. Bundan əlavə seçki prosesini izləməkdən ötrü 53300 yerli müşahidəçi qeydiyyata alınıb.

Ancaq müxalifət seçki məntəqələrinin yalnız 20 faizində kameraların quraşdırılmasını məqbul saymırlar. Üstəlik, onlar hesab edirlər ki, kameralar elə yerdə quraşdırılır ki, pozuntular əsasən müşahidə edilmir. Kameralara düşən müəyyən pozuntu halları da sonradan ciddi şəkildə araşdırılmır.

Buna da bax:​ Müşahidəçilərin çoxu YAP-çılardır

Müsavat Partiyası bildirir ki, MSK onların müşahidəçilərini qeydiyyata almaqdan imtina edib.

Müsavat Partiyası isə əlavə olaraq bildirir ki, MSK onların müşahidəçilərini qeydiyyata almaqdan imtina edib.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.