Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:14

Müşahidəçilərin çoxu YAP-çılardır


Müşahidəçilər (arxiv fotosu)
Müşahidəçilər (arxiv fotosu)

Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 31-də keçirilən toplantısında ölkə hüdudlarından kənarda referendumda iştirak edəcək seçicilərin siyahıya alınması məqsədi ilə müvafiq dairələrin müəyyənləşməsi ilə bağlı qərar verib.

«Turan» Agentliyi xəbər verir ki, toplantıda 26 sentyabr referendumunun keçirilməsi ilə bağlı tədbirlərin gedişi müəyyən edilib.

Komissiya açıqlayıb ki, referendumla bağlı indiyə kimi MSK-da 161 müşahidəçi qeydiyyata alınıb. Onlardan 6-sı MDB Parlament Assambleyası Şurasının katibliyini təmsil edir.

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

Dairələrdəki müşahidəçilər...

İndiyə qədər dairələrdə isə müşahidə aparmaq üçün ümumilikdə 7503 nəfər qeydiyyatdan keçib.

Onlardan 903 nəfəri siyasi partiyaların, 2102 nəfəri «Yeni Azərbaycan» təşviqat qrupunun, 207 nəfəri «Vətəndaş Cəmiyyəti» təşviqat qrupunun, 1034 nəfər isə «Bələdiyyə» təşviqat qrupunun müşahidəçisidir. Siyasi partiyaların adları isə açıqlanmır. Hər 3 təşviqat qrupu dəyişikliklərin lehinədir.

Buna da bax: Sentyabrın 3-də təşviqat kampaniyası başlayır

Toplantıda sentyabrın 1-dən etibarən seçki dairələri üzrə təlimlərə başlanacağı bildirilib.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

XS
SM
MD
LG