"Tanrının ay üzündən öp" romanı azərbaycanca

Mustafa Məsturun "Tanrının ay üzündən öp" romanının üz qabığı.

-

İran yazıçısı Mustafa Məsturun "Tanrının ay üzündən öp" romanı çapdan çıxıb. Kitab "Parlaq İmzalar" nəşriyyatı ilə "ATV press" nəşriyyatının birgə layihəsidir.

Romanı dilimizə Mustafa Məsturun bundan öncə “Cüzamlı əllər və donuz sümüyü”, “Mən sərçə deyiləm” əsərlərini çevirmiş şərqşünas Ariz Tarverdiyev çevirib.

Buna da bax: "Tanınmış İran yazıçısı Mustafa Məsturun "Azadlıq"a müsahibəsi"

İnsan və onun tanrıya inamını sorğulayan "Tanrının ay üzündən öp" romanı indiyə qədər ingilis, italyan, rus, indonesiya, ərəb və başqa dillərə tərcümə olunub.