Ronaldo Bugatti Veyron alıb

Cristiano Ronaldo Avropa Kuboku ilə

Portuqaliya yığması ilə Avropa çempionu olan Ronaldo özünə yeni Bugatti Veyron idman maşını alıb. O, maşının şəklini İnstagram-da paylaşıb.

Bu maşın dünyada ən bahalı və sürətli maşınlardandır. Onun Super Sport modeli 2010-cu ildə seriyalı maşınlar üçün rekord vurmuşdu- saatda 431 kilometr.

Bugatti Veyron-un qiyməti 1,2 milyon avrodan başlanır.

bahalı idman maşınlarını xoşlayan Ronaldonun kolleksiyasında McLaren MP4-12 Spyder, Ferrari 599 GTO və Rolls-Royce Phantom kimi maşınlar var.

Bugatti Chiron modeli İsveçrədə maşın səsrgisində, Mart, 2016

Bugatti isə Veyrondan sonra Chiron modelini buraxmağı planlaşdırır.