O.Pamuk: Mən Ayı göstərirəm, onlar barmağıma baxırlar

Orhan Pamuk

-

ABŞ-da Milli Kitab Festivalında (2010) yazıçı Orxan Pamukun verdiyi müsahibədən seçmə

- Cənab Pamuk, bu, mənin diqqətimi "Qar" romanında çəkmişdi. Sizin bütün romanlarınız "pazl" içində "pazl"dır, Çin qutuları kimi. Məsələn, qəhrəmanın adı Ka-dır, o, Kars şəhərində yaşayır və türkcə qar sözü kardır. Borxesvari…

- Bəli, onlar biraz Borxesvaridir. Amma bu şeylər Borxes üçün əhəmiyyətli olduğu qədər əhəmiyyətli deyil mənim üçün. Borxes üçün struktur hər şeydir. Mənim üçün yox.

Bəzən mənə deyirlər ki, Orxan bəy, hi-hi, "Qar" və ya "Məsumiyyət Muzeyi" romanının sonunda mən sənə rast gəldim. Bəli, amma bu, romanımda vacib məsələ deyil. Romanda peyda olmağım və ya bu cür zarafatlar mənim romanlarımda əsas məsələ deyil, onlar kiçik ornamental zarafatlardır.

Mənim romanlarımda çoxlu belə zarafatlar var, əminəm ki, oxuyanlar onların çoxusunu buraxırlar, tutmurlar. Kitablar qat-qat mənalardır. O oyunlar kiçik zarafatlardır və vacib deyillər. Vacib olan böyük mənada 19-cu əsrdə kəşf olunmuş roman təhkiyəsidir ki, postmodern, modern, eksperimental, o və bu romanlarda da oxucunu tutan, qatarı irəli aparan qüvvə, enerji, təhkiyə hələ də Dickens, Balzak, Stendhal və başqalarının ixtira etdiyi 19-cu əsr romanından gələn o əsas təhkiyədir.