Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:58

O.Pamuk onları "dünyanın kapitalı" adlandırır


"Financial Times" qəzetindən görüntü
"Financial Times" qəzetindən görüntü

- “Financial Times” qəzetinin Kitab səhifəsində türk yazıçı Orxan Pamukun son romanı haqda rəy çıxıb.

İngilis dilində Britaniyada "Faber" nəşriyyatında bu il nəşr olunan “Kafamda bir tuhaflık” (“A Strangeness in My Mind”) O. Pamukun doqquzuncu, 2006-cı ildə Nobel mükafatı alandan sonra ikinci romanıdır.

"İstanbulun fırtınalı yaxın tarixi bir küçə içki satıcısının hekayəsi vasitəsilə Orxan Pamukun elegiya romanında əks olunur"

Müəllif: Jon Day

Bir mənada bu romanı ənənəvi “Bildungsroman” (bir qəhrəmanın mənəvi formalaşması haqda roman) adlandırmaq olar.

Kitabda Anadolunun kasıb kəndindən olan, uşaq vaxtı atasıyla İstanbula köçmüş Mövlud Karataş adlı küçə satıcısının hekayəsi nəql olunur.

Onlar İstanbula gələndə əllərində yalnız sınıq fənər, bir çaydan və saman döşəklər olur, zaman keçdikcə Mövludun atası şəhərdə özü üçün təvazökar həyat qura bilir.

Romanda bir neçə postmodernistik cilvə var; Pamuk bir təhkiyəçi kimi bəzi yerlərdə müdaxilə edərək, bizə hadisələri xatırladır və ya “hekayənin bəzi aspektlərini izah etmək üçün köməklik göstərir”, amma əsas üçüncü şəxs təhkiyəsi kifayət qədər birbaşadır və Mövludun həyatına fokuslanır.

Orhan Pamuk
Orhan Pamuk

Bunu bir neçə birinci şəxs bölmələri müşayiət edir ki, onlarda Mövludun dostları, ailəsi perspektivindən Mövludun hekayəsi danışılır.

Bu, Pamukun “Mənim adım qırmızı”da inkişaf etdirdiyi polifonik texnikadır, amma burada o effekt bir DVD şərhi şəklindədir, baş aktyor romanın mərkəzi hadisələrini müzakirə edir, - hətta səhnəbəsəhnə.

Bu texnika kifayət qədər liberal (və xoş) dramatik ironiya dozaları artırmağa imkan verir: xarakterlər bir-birlərinə olduğu kimi, özlərinə də yalan danışırlar.

Romanın başlığı Wordsworth’un “The Prelude” romanından götürüb, “Kafamda bir tuhaflık” şairin “zamanın görmə nöqtələri” adlandırdığı məsələlər üzərində fikir cəmləşdirir: bu elə anlardır ki, o anlarda bütün həyatımızı nəzərdən keçiririk, o anlar vasitəsilə özümüzə “qida” verir və “görünməz təmir” edirik.

Mövludun həyatında mərkəzi zamanın belə görmə nöqtəsi gələcək arvadını toyda gördüyü andır. Qızın gözəl gözlərindən təsirlənərək, üç il ona sevgi məktubları yazır.

Qız cavab yazmır, amma xalası oğlu Süleyman Mövluda deyir ki, qızın ona marağı var.

Nəhayət, onlar bir gün İstanbula qaçmaq üçün görüşəndə isə Mövlud başa düşür ki, səhv edib: o, gözəl Səmihaya deyil, onun bacısı Rayihəyə məktublar yazıb. Öz səhvindən utanaraq, hətta özünə belə, etiraf edə bilmədən Mövlud hər halda bu qızla evlənir. (Bütün bunlar doqquzuncu səhifədə aydın olur.)

Qeyri-müəyyən başlanğıca baxmayaraq, Mövlud və Rayihə birlikdə xoşbəxtlik tapırlar, şəhərin boz bir ucqarında özləri üçün həyat qururlar.

Məktəbdə uğursuz olan Mövlud küçə satıcısıdır, qatıq və boza sataraq, küçələri gəzir, boza - içərisində azca spirt olan ənənəvi Asiya içkisidir.

Atatürkün dövründə spirt leqallaşana qədər bozanın qeyri-müəyyən, olub-olmadığı dəqiq bilinməyən spirtli təbiəti içənlərə İslamın spiti qadağan edən qanunlarından yayınmağa imkan verirdi.

Amma Mövlud bozanı satmağa başlayan vaxt artıq boza nostalji içkiyə çevrilib, Osmanlı ənənəsinin dəbdən düşmüş simvoludur, istehlakı zəifləyib.

Mövlud və Rayihənin başına ailə faciələri gəlir. Mövludun karyerası inkişaf edir: o, yemək arabası alır, yeni özəlləşmiş elektrik şirkəti üçün hesabdarları oxumaq işinə girməzdən əvvəl bişmiş toyuq və düyü satır.

Eyni zamanda iddiasızlığına və populyarlığını itirməsinə baxmayaraq, bozanı da satmağa davam edir. Onun üçün boza işdən daha çox şeydir – məsləkdir.

Wordsworth üçün gəzmək – düşünmək idi, Mövlud da Romantiklərin bu düşüncəsini bölüşür, gəzməyə az qala ruhani bağlılığı var.

Küçə satıcısı bir növ “flâneur”-dur. “Gecələr şəhərdə gəzəndə özünü elə hiss edirdi ki, sanki öz beyninin içində gəzməkdədir” – Pamuk yazır. “Bu səbəbdən hər dəfə o, divarlarla, elanlarla, kölgələrlə, sirli və qəribə siluetlərlə danışanda özünü gecənin içində hiss etmir, öz-özülə danışırmış kimi hiss edirdi.”

Gözəl yazılıb, nostalji işığıyla süslənib, amma Pamukun bir çox romanlarından daha hirslidir.

Doğrudan da bu roman urbanistik modernləşmənin tədqiqi və Türkiyənin 1950-60-ci illərdə baş naziri olmuş Adnan Menderes kimi islahatçıların təkfikirliliyindən əvvəlki zaman üçün yasdır; Menderes harada tarixi evlər və mülklər görsəydi, onları geniş prospektlər salmaq üçün sökdürürdü.

İndi isə şəhəri tikib-quranlar ideoloqdan çox kapitalist spekulyatorlardır, Pamukun fikrincə, onların şəhərə və sakinlərinin həyatına təsiri isə eyni qalır.

Bu romanı belə uğurlu və həmçinin önəmli edən nədir? Bu dəyişikliklərin Mövlud kimi adi insanların həyatında necə əks olunduğunu göstərməsi. Pamuk bu şəhərlərin bu adi, maraqlı sakinlərini “dünyanın kapitalı” adlandırır.

XS
SM
MD
LG